Dmitri Nazarov: "Bu komanda mənim üçün çox vacibdir"

29.04.2019 | 5303 dəfə oxunub

"Bu, mənim "Erzgebirge"də 3-cü mövsümümdür. Meydanda olduğum vaxtlarda demək olar ki, bütün standart vəziyyətləri mən yerinə yetirirdm. Ancaq bu mövsüm nadir hallarda olub. Son vaxtlar karyeramda durğunluq var idi. Amma indi günəş yenidən çıxır. Bu isə məni təəccübləndirmir. Çünki hər zaman öz bacarığıma inanmışam".

Stadium.Az xəbər verir ki, bu sözləri Almaniya mətbuatına açıqlamasında milli komandamız və "Erzgebirge" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

Ötən tur "Bohum"la oyunun (3:2) uzatma dəqiqələrində penaltidən vurduğu qolla komandasına qələbə qazandıran futbolçu qazanılan qələbənin vaciblyini vurğulayıb:

"Hamı bilir ki, vurduğum qola görə sevinirəm. Komandaya kömək edə bildim. Bu qələbə bizim üçün inanılmaz dərəcədə vacib idi. Artıq hər şey öz əlimizdədir".

Nazarov mövsümün sonunda İtaliyanın B seriyasında çıxış edən "Peskara" klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Məxtəlif təkliflərim var. Çünki müntəzəm olaraq, öz ölkəmin yığmasına dəvət alıram. Burada özümü rahat hiss edirəm. Klubumla hələ iki illik müqaviləm var. Bu komanda ilə uğur qazanmaq üçün sözləşməni vaxtından əvvəl uzatdım. Bu mövsüm mənim üçün asan olmasa da, azarkeşlərimiz arxayın ola bilərlər. Bu komanda mənim üçün çox vacibdir. Bütün diqqətimi öz işimə yönəltmişəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail