Yurçeviç: "Qarabağ" çempionatın favoritidir"

30.04.2019 | 5882 dəfə oxunub

"Sumqayıt"ın "Neftçi"ni məğlub etməsindən sonra "Qarabağ" çempionatın favoritidir. Amma qalan iki turda hər şey ola bilər".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Premyer Liqada cari mövsümün baş çatmasına 2 tur qalmış vəziyyəti dəyərləndirərkən deyib.

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, 26-cı turda "Neftçi" evdə "Sumqayıt"a 2:3 hesabı ilə uduzandan sonra lider "Qarabağ"la aradakı xal fərqi 5-ə yüksəlsə də, paytaxt klubunun çempionluq şansı yenə də qalır.

"Qarabağ" hazırda 60 xalla liderdir. "Neftçi" isə rəqibindən 5 xal geri qalır. Ağdam təmsilçisi növbəti turda evdə "Səbail", "Neftçi" isə səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Sonuncu turda isə flaqman "Qarabağ"ı qəbul edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivə ardıcıl 6-cı çempionluq üçün cəmi 1 qələbə lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail