Sənan Qurbanov: "Kuboku istefa vermiş Tale Heydərova ərmağan etmək istəyirik"

01.05.2019 | 2051 dəfə oxunub

Azərbaycan kubokunun  yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”a səfərdə 1:2 məğlub olsa da, evdəki 1:0-lıq qələbə sayəsində finala çıxan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Bilirdik ki, ağır oyun olacaq. "Qarabağ" bütün rəqibləri üzərində daim üstün olur. Evdə qalib gəlsək də, bilirdik ki, çox çətin olacaq. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq böyük xarakter tələb edirdi. Futbolçuları təbrik edirəm. “Qəbələ” 4-cü dəfədir ki, finala çıxır. Bu dəfə kuboku əldən vermək fikrimiz yoxdur.

- 2:0-dan sonra ümidləriniz tükənmişdi?

- Uşaqları sona qədər özlərinə inanmağa çağırmışdıq. Şükürlər olsun ki, uşaqlar özlərinə inandılar. Özüm də inanırdım ki, lazım olan qolu vura biləcəyik.

- Finalda “Zirə”ni, yoxsa “Sumqayıt”i görmək istəyərsiniz?

- Fərq etmir. Çünki final 1 oyundan ibarətdir. Burda emosiyalar düzgün cilovlanmalıdır. Qarşılaşmaya maksimal konsentrasiya ilə çıxmaq lazımdır.

- Naxçıvana gedəcəksiniz? Hər halda, finalda məşqçilər üçün ayrılan yerdə olmayacaqsınız…

- (gülür) Gedəcəm. Orda tribunada yerim olacaq.

- Texniki zonada olmamağınız komandaya nə dərəcədə təsir edəcək? Hər halda, komanda siz qovulduqdan sonra qol vurdu.

- Konsentrasiyanı itirməməliyik. Oyuna maksimum hazırlaşmalıyıq.

- Oyundan əvvəl mükafatın nə qədər olacağı bilinirdi?

- Xeyr. Bir amalımız var idi. Kuboku istefa vermiş Tale Heydərova ərmağan etmək istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

29.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ