Qurban Qurbanov: "Bir səhv və yekunda finaldan kənarda qaldıq"

01.05.2019 | 5296 dəfə oxunub

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda evdə “Qəbələ” üzərinda 2:1 hesablı qələbə qazanan, lakin səfərdəki 0:1-lik məğlubiyyətə görə, finala çıxa bilməyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük.

- Futbolçulara matçdan dərhal sonra heç bir etiraz etmədiniz?

- Xeyr. Uşaqlar qalib gəlmək üçün çalışdılar. Məğlub olmağı da bacarmaq lazımdır. Futbolçularımın yanındayam.

- Fasiləyədək “Qəbələ”nin bir neçə fərqlənmək epizodu oldu. İkinci hissədə yenə də qol vurduqdan sonra qapınız qarşısında qol epizodları yarandı. Bu, futbolçularınızın arxayınlığından irəli gəlmirdi?

- Qətiyyən. Sadəcə, qapısında qol gördükdən sonra istənilən rəqib daha əzmlə, istəklə irəli atılır. Oyuna nəzarət edirdik. Ancaq bir səhv və yekunda finaldan kənarda qaldıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail