Bordin: "Hər bir uğura da, uğursuzluğa görə də məsul mənəm"

05.05.2019 | 5539 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bundan da çox öz futbolçularımızı təbrik edirəm. Çünki möhtəşəm mövsüm keçirdilər. Sonadək titulu qazanmaq uğrunda mübarizə apardıq. Bu cür mükəmməl kollektivin baş məşqçisi olmaqdan qürur duyuram. Sonadək mübarizə apardıqlarına görə, futbolçularımıza təşəkkür edirəm. Bu uşaqlara qarşı müxtəlif sözlər deyilə bilər. Lakin mövsümboyu onlarla mən işləmişəm və deyirəm ki, hamısı fəxr edirəm.

- 5 xal öndə idiniz. Lakin bu gün çempionluq əldən getdi. Baş məşqçi olaraq hansı səhvlərə yol verdiniz ki, belə oldu?

- Həyatda hər bir insanın səhvi ola bilər. Məsuliyyəti üzərimdən atmıram. Hər bir uğura da, uğursuzluğa görə də məsul mənəm. Uşaqlar sonadək vuruşdular.

- Komanda necə oynamasından asılı olmayaraq, “Neftçi” daim titul uğrunda mübarizə aparıb. Bu il isə titulsuz qaldınız…

- Neçə illərdi “Neftçi” titul qazanmır. “Qarabağ” 6 mövsümdür çempion olur. Əlbəttə, titulu qazanmaq istəyərdik. Buna baxmayaraq, əziyyətimizi yerə vurmazdım. Heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin.

- Avrokuboklar üçün ilkin müzakirələr olubmu? Çoxmu futbolçu transfer etməyi planlaşdırırsınız?

- Xeyr, danışığımız olmayıb. Qarşıda 1 tur var. Məntiqi olar ki, həmin oyunu da bitirək, bundan sonra fikirləşəcəyik.

- “Qarabağ”a qarşı oyunun prinsipiallığı yəqin ki, itib. Həmin matça eksperimental heyət buraxacaqsınız, yoxsa döyüşkən?

- Hər oyuna qələbə üçün çıxırıq. Çox güman ki, eksperimental heyət olmayacaq. Həftə ərzində özünü ən yaxşı tərəfdən göstərənlər meydanda olacaqlar. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail