"Qışa qədər mənim üçün ağır keçdi"

05.05.2019 | 5087 dəfə oxunub

"Təcrübə baxımından "Qarabağ" bizdən üstündür. Əvvəlki matçlarda bu rəqibə qarşı yaxşı çıxış etmişdik. Bu gün isə bunu bəzi epizodlarda edə bildik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Qarabağ" 0:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Məğlubiyyəti şərh edən 38 yaşlı mütəxəssis Maykl Essyenin çıxışına da toxunub:

"Bu gün heyətlə bağlı problemlərimiz vardı. Qarşıda görüləsi işlərimiz çoxdur. Essyen "Çelsi"də də mərkəz müdafiəçisi oynayıb. O, universal futbolçudur. Ancaq həm yaş, həm də oyun praktikasının azlığı öz sözünü deyir".

Hacıyev Premyer Liqada ilk mövsümündə medal qazanmağın xoş olduğunu bildirib: "Medal qazanacağıma inam vardı. Əvvələr əvəzedici komandalarda bunu bacarmışdım. Qışa qədər mənim üçün ağır keçdi. Premyer Liqada baş məşqçi kimi ilk ilimdə medal qazanmaq xoş haldır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail