"Səbail" Avrokuboklara vəsiqəni təmin etdi

05.05.2019 | 4978 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qarabağ"a 0:4 hesablı məğlubiyyətə baxmayaraq, "Səbail"in mövsümü 3-cü pillədə başa vuracağı rəsmiləşib.

Stadium.Az xəbər verir ki, buna "Qəbələ"nin bu gün doğma meydanda "Neftçi"yə 1:3 hesabı ilə uduzması səbəb olub. Son tur öncəsi əyalət təmsilçisini 4 xal qabaqlayan "dənizçilər" bununla da bürünc medalı təmin edib və tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb.

"Qarabağ" növbəti mövsümdə ölkəmizi Çempionlar Liqasında, "Neftçi" və "Səbail" Avropa Liqasında təmsil edəcək. Avroliqaya 3-cü vəsiqənin sahibi isə "Qəbələ" və "Sumqayıt" arasında mayın 19-da Naxçıvanda keçiriləcək ölkə kubokunun final oyunundan sonra müəyyənləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail