Ayxan Abbasov: "Futbolu istənilən hava şəraitində oynamaq olar""

06.05.2019 | 7427 dəfə oxunub

"Əlbəttə, vacib oyun idi. Rəqiblər xal itirmişdi. Çempionatda taleyimizi həll etməli idik. Futbolçular bu oyunun əhəmiyyətini anlayaraq, qələbəyə nail oldular".

Stadium.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssisin sözlərinə görə, son turlarda yaxşı nəticələr göstərmələri uyğunlaşma prosesinin tam həyata keçirilməsi ilə əlaqədardır: "Düzdür, nəticə baxımından indi vəziyyət yaxşıdır. Amma uduzduğumuz matçlarda da yaxşı oyun sərgiləyirdik. Sonradan futbolçularımız tədricən uyğunlaşdılar və bu da nəticələrdə özünü göstərməyə başladı".

Abbasov "Qəbələ" ilə Azərbaycan kubokunun finalında da görüşəcəklərini nəzərə alaraq, eyni rəqiblə son tur matçına ehtiyatlı yanaşacaqlarını diqqətə çatdırıb: "Hazırda Peyman Babayi və Vurğun Hüseynovun zədəsi var, Mehdi Cənnətov sarı vərəqə limitini doldurduğu üçün son turu buraxacaq. Çalışacağıq ki, kubokun finalına tam sağlam vəziyyətdə çıxaq".

"Sumqayıt" mayın 19-da Naxçıvanda keçirəcəyi final oyununa iki gün tez gedəcək. Oyun isə isti hava şəraitində gündüz vaxtı keçiriləcək. Abbasov bu amillərin komandasına hər hansı təsirini inkar edib: "Hava şəraiti hər iki komanda üçün eynidir. Bizim kimi "Qəbələ" də finaldan 2 gün əvvəl oyuna gedəcək. Yerli şəraitə uyğunlaşmaq üçün əslində minimum bir həftə lazımdır. Amma futbolu istənilən hava şəraitində oynamaq olar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail