Rəşad Sadıqov: "Neçə dəfə bu söhbətin üstü açılıb, mən bağlamışam ki..."

06.05.2019 | 5554 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer liqasının 27-ci turunda "Səbail"ə 4-0  hesabı ilə qalib gələrək, ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğu rəsmiləşdirdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Hamımız qələbə qazanaraq, çempion olmağa köklənmişdik. Ötən turdan sonra aramızda 5 xallıq fərq qalırdı. "Bu tur çempion olacağımızı gözləyirdim" desəm, yalan olar. Allaha çox şükür ki, bunu bacardıq. Çox xoş hisslərdir. Bütün "Qarabağ"sevərləri, azarkeşləri, futbol ictimaiyyətini təbrik edirəm.  Komandalar arasında son turadək gərgin mübarizə, maraqlı yarış getdi. Hər iki komanda idman prinsiplərinə riayyət etdi. Aramızda centlemensayağı yarış oldu. Son turlarda daha çox uğur qazandıq və çempion olduq.

- Futbol ictimaiyyətinin istədiyi o idi ki, hər şey son turda həll olunsun. Yəqin ki, siz bunu istəmirdiniz...

- Biz bu haqda düşünmürdük. 7-8 tur bundan əvvəl 5 xal geridə idik. Şəxsi qarşılaşmalarda da vəziyyətimiz yaxşı deyildi. Son tura qalsaydı, mütləq 2 top fərqi ilə qələbə qazanmalı idik. Bunu nəzərə alsaq, son tura qədər 2 xal fərqimiz olacaqdı. Hər kəs istəyər ki, daha tez çempion olsun, qələbə qazansın. Amma bu barədə düşünmürdük. "Neftçi"nin son turdakı xal itkisi, "Sumqayıt"ın qələbəsi bizim üçün gözlənilməz oldu.

- "Qarabağ"ın 3 cəbhədə - Avroliqa, ölkə kuboku və çempionatda mübarizə aparması "Neftçi" üçün bir üstünlük idi. Fikrinizi sırf Premyer Liqaya yönəltdikdən sonra əvvəlcə liderliyi qaytardınız, bu gün isə çempion oldunuz. Belə çıxır ki, ölkədə "Qarabağ"a çata biləcək komanda yoxdur?

- Belə deməzdim. Bu il hər iki klub çempionluğa yaxın idi. "Neftçi" də yaxşı oyun nümayiş etdirdi. Çempion olsaydılar, biz onları təbrik edəcəkdik. Belə deyək, xırda səhvlər həlledici oldu. Biz sonda daha az səhv etdik deyə, çempion olduq.

- Bu mövsüm "Neftçi" ni məğlub edə bilməmisiniz. Çempionluğunuz növbəti turda qələbə qazanmağınza motivasiya verəcəkmi?

- Düzü, mənim üçün çempionat ərzində hansı komandaya qalib gəlməyimizin və ya uduzmağımızın heç bir əhəmiyyəti yoxdur. Əsas sonluqdur ki, çempion olaq. Heç vaxt hesablamıram ki, hansı komandanı neçə matçda udmuşuq. Bu çempionatdır, kubok oyunu deyil.

- Bu gün stadiona az azarkeş gəlmişdi. Sanki, "Qarabağ"ın çempionluğunu bayram edənlərin sayı az idi. Avrokubokda isə bundan çox fərqli olur...

- Gələnlər sağ olsunlar. Avrokubok oyunlarında azarkeşlərimiz lazım olan hər anda, ehtiyyacımız olduğu hər zaman yazınımzda olurlar, dəstək verirlər. Onları da təbrik edirəm, təşəkkürümü bildirirəm. Həqiqətən də gərgin mövsüm oldu.

- Növbəti mövsümdə sizi yenə də meydanda görə biləcəyik?

- Bütün fikrimi çempionata yönəltmişdim. Bu haqda qarşıdakı günlərdə fikirləşəcəyik. Neçə dəfə bu söhbətin üstü açılıb, mən bağlamışam ki, əsas fikrimizi çemiponata yönəldək. Hər şeyin öz vaxtı var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail