Valverde: "İkinci qoldan sonra dağıldıq"

08.05.2019 | 5118 dəfə oxunub

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Liverpul”a 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandıran “Barselona”nın baş məşqçisi Ernesto Valverde fikirlərini bölüşüb.

Stadium.Az xəbər verir ki, 55 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb: "Liverpul" irəlidə təzyiqlə başladı. Bunu onlardan gözləyirdik. İlk qoldan sonra cəsarətləndilər. İkinci qoldan sonra dağıldıq. Çünki həmin qoldan dərhal sonra 3-cü dəfə fərqləndilər. Biz də vəziyyətlər yaradırdıq, ancaq yararlanmırdıq. Bəhanəmiz yoxdur, "Liverpul" bizdən daha yaxşı idi və 4:0 hesabı ilə qalib gəldi. Düşünəcək çox şey şey var, istefanı fikirləşmirəm. Bu tip nəticələrdə ilk günahkar şəxs məşqçidir".

Valverde futbolçularına tempi aşağı salmalarını tapşırdığını, lakin bunu edə bilmədiklərini deyib: "Liverpul" çox alovlu idi. İlk qoldan sonra daha da motivasiyalı oldular. O qol bizi çox geri saldı. İkinci hissənin əvvəllərində də qol vurdular. Luis Suaresin önəmli şansı var idi. Vursaydı, fərqli olacaqdı. "Liverpul" iki hücuma iki qol vurdu. Oyunçularıma pasla oynamalarını, tempi aşağı salmalarını desəm də, bacarmadılar. Nələr olduğunu anlamadım. Premyer Liqada standart vəziyyətlərdən ən yaxşı istifadə edən komanda "Liverpul"dur. Rəqib bizə sürprizlər etdi".

Valverde ötən mövsüm Çempionlar Liqasında "Roma"ya uduzduqları oyunu xatırlayıb: "Romada aldığımız nəticənin oxşarını yenidən yaşamaq acı hisslər verir. Bu hesab bizə bəhanə gətirməyə də imkan vermir".

Ötən mövsüm “Roma”ya evdə 4:1 hesabı ilə qalib gələn “Barselona” səfərdə 0:3 hesabı ilə uduzaraq mübarizəni ¼ finalda dayandırmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail