"Qəbələ" "Benfika" və "Monako" ilə eyni qrupda

09.05.2019 | 4851 dəfə oxunub

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” Fransanın San Nazer şəhərində təşkil olunan “Snaf Mondial Cup”da qüvvəsini sınayacaq.

Zaur Hacıyevin baş məşqçisi olduğu U-17 mayın 9-13-də keçiriləcək turnirə 18 futbolçu ilə yollanıb. “Qəbələ”nin heyətinə aşağıdakı futbolçular daxil edilib:

Qapıçılar:  Müşfiq Nadirov, Nika Baçaliaşvili;

Müdafiəçilər: Emil Səfərov, Veysəl Rzayev, Əmrah Məmmədli, Ülvi Mədətov, Ümüd Həmzəyev;

Yarımmüdafiəçilər: Aqil Nəsibov, Rauf Məhərrəmov, Gülağa Əsədov, Samir Məhərrəmli, Rauf Rüstəmli, Çingiz Məmmədov;

Hücumçular: Hüseyn Mürsəlov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Mehrac Baxşəliyev, Taleh Qarayev.

“Portu” (Portuqaliya), “Palmeyras” (Braziliya), “Zenit” (Rusiya), “Anderlext” (Belçika) kimi klubların da qatıldığı yarışda 16 iştirakçı 4 qrupda mübarizə aparacaq. A qrupunda yer alan “Qəbələ” “Benfika” (Portuqaliya), “Monako” və “Anje” (hər ikisi Fransa) ilə mübarizə aparacaq. “Qırmızı-qaralar” qrupdakı oyunlarını mayın 10-da keçirəcək. Hər qrupda ilk iki yeri tutan komandalar olimpiya sistemi ilə mükafatlar uğrunda mübarizə aparacaq. Digər iştirakçılar isə 9-16-cı yerlərin sahiblərini müəyyənləşdirəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail