Tərlan Əhmədov: "Hər şey Zaur Axundovun qərarından asılıdır"

11.05.2019 | 1654 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Səbail”i 4:1 hesabı ilə məğlub edən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov oyun sonrası keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Motivasiyasız, emosiyasız oyun idi. Bəlkə də futbolçularımız təzyiq altında olmadığı üçün belə oynadı. Məncə, bu cür oyunlarımız çox oldu. Sadəcə, futbolçularda özünəinam yox idi. Bəlkə də “Səbail” 3-cü pilləni təmin etdiyindən bir qədər rahat idi.
 
- Bu gün Lisenziyalaşdırma Komitəsinin qərarı verilib və birinci diviziondan heç bir klub lisenziya almayıb…

- Bu xəbəri sizdən eşidirəm. Hər halda, qərar qərardır. Oyun isə emosiyasız keçdi. Qərarı AFFA verib və buna hörmətlə yanaşırıq.
 
- Komandada qalacaqsınız?

- Bazar ertəsi klub prezidenti ilə görüşümüz olacaq. Hər şey Zaur Axundovun qərarından asılıdır.

- Komandada qalacağınız təqdirdə, futbolçuların neçə faizi “Keşlə”də qalacaq?

- Qalacaq? Gəlin, gedənlərin faizini deyim. Komandamızda olan futbolçuların 95 faizi yola salınacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə