Aftandil Hacıyev: "İndi bu suala cavab verə bilmirəm"

11.05.2019 | 4802 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 28-ci turunda evə “Keşlə”yə 1:4 hesabı ilə məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:  

- İlk növbədə “Səbail” ailəsi, azarkeşlərimizi təbrik edirəm. Çempionatboyu əzmkar komanda gördük. Düşünürəm ki, “Səbail” çempionata rəng qatmağı bacardı. Son 2 turda məğlub olmağımız motivasiya ilə bağlıdır. Yenə də istəyirdik ki, çempionatı pozitiv notda başa vuraq. Ancaq həvəsdən düşmürük. Çünki qarşıda bizi Avropa Liqası gözləyir. Çox işimiz var. İndi ancaq futbolçuları təbrik etmək istəyirəm. Ən böyük pay sahibi onlardır.

- Heyəti neçə faiz qoruya biləcəksiniz?

- İndi bu suala cavab verə bilmirəm. Yalnız yerli uşaqlardan bu cavabı ala bilmişik. Elələri də var ki, cavab verməyiblər. Bizim də gözləmək vaxtımız yoxdur.
 
- Son tarix nə vaxtdır?

- Bu dönəmdə futbolçuların qiyməti qalxır. Təxmini 1 həftə gözləyəcəyik. Futbolçuları da qınamıram. Hamısı daha yaxşı şərtlər altında çıxış etmək istəyir.
 
- Heyəti qoruya bilmirsiniz. Sökülüb-yığılan komanda isə Avropa Liqasında uğursuzluğa məhkumdur…

- Doğru qeyd edirsiniz ki, komandanı formalaşdırmağa zaman tələb olunur. Ancaq bəlli bir büdcəmiz var. Ondan kənara da çıxa bilmirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail