Rəşad Sadıqov: "Durduğumuz yerdə gərginləşməyə başladıq"

12.05.2019 | 5284 dəfə oxunub

"Çempion olduğumuz üçün sevinirik. Bunu bayram edirik. Çox ağır mövsüm oldu. Əslində “Neftçi” də çempionluğa layiq idi. İkimiz də gərgin mübarizə apardıq. Sevinirik ki, biz qələbə qazandıq”. 

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının sonuncu -28-ci turunda “Neftçi”ni məğlub etdikləri matçdan (3:2) sonra deyib.

Təcrübəli müdafiəçi görüşdə gərginliyin olduğunu söyləyib: “Əslində matçdan öncə çox danışdıq ki, gərginlik olmasın. Hətta oyundan öncə Ruslan Abışova dedim ki, oyunçuları maksimum sakitləşdirək ki, oyun rahat keçsin. Durduğumuz yerdə gərginləşməyə başladıq. Bəzi epizodlar üst-üstə gəldi. Birinci hissədən sonra isə komandalar sakitləşdi və ikinci yarıda meydanda yalnız futbol gördük”.

Qurban Qurbanovun onu əvəzləməkdə doğru qərar verdiyini deyən Sadıqov mükafatlandırma mərasimdə  "Neftçi"nin futbolçusu Vangelis Platellasla bir-birilərini düz anlamadıqlarını qeyd edib: Sonradan başa düşdük. Əllərimizi sıxdıq”.

Rəşad  çempionatın gərgin və onlar üçün çox vacib olduğunu vurğulayıb: “Neftçi”nin “Sumqayıt”la matçda xal itirməsi çempionluq yolunda ciddi addım idi. Biz özümüz də bunu gözləmirdik. Çünki həmin oyunu izləyirdik və “Sumqayıt” da gənclərə şans vermişdi. Elə oldu ki, rəqib xal itirdi. Həmin andan sonra çempionluğa daha çox inandıq. Hamımız bu günə köklənmişdik ki, son turda həll olunacaq. Çempionatın sonunu itkisiz keçirə bildik. Qurban müəllim qışdan sonra işimizi çox artırmışdı. Məşqlərə və analizlərə çox yer verilirdi. Bəzən bazada çox qalırdıq. Məşqçi hamımızı çempionata köklədi. Futboldan başqa heç nə düşünmürdük”.

Sadıqov sonda  “Neftçi” ilə matçlarının hər zaman maraqlı olduğunu əlavə edib: “Oyun hər zaman gərgin olmur. Hər matçda qələbə qazanmaq istəyirik. Bugünkü qələbə bizim üçün böyük əhəmiyyət kəsb etmirdi. Əsas çempionluq idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail