Qurban Qurbanovdan çempionluq şərhi

12.05.2019 | 5220 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarıını cavablandırıb:

- Əlbəttə, sevindirici haldır. Çempionluğu daha əvvəl rəsmiləşdirməyimizə baxmayaraq, yenə də sevinirik. Oyuna ciddi hazırlaşmışdıq. Təkcə qalib gəlmək yox, azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik. Futbolçular bunu bacardılar. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Həmçinin "Neftçi"ni də. Yaxşı mübarizə apardılar. Bizim üçün asan olmadı.

Həqiqətən bu oyuna azarkeşlərimiz üçün yaxşı hazırlaşmışdıq. Əsas istəyimiz azarkeşlər üçün baxımlı oyun göstərmək idi. Futbolçularımı çempionluq münasibəti ilə təbrik edirəm. Bizim üçün ağır mövsüm oldu. Sona qədər hər oyunda gərginlik hiss etdik. “Neftçi” yaxşı mövsüm keçirdi, onları təbrik edirəm.

- Rəşad Sadıqovla bağlı ilk hissədə problem oldu…

- 45 dəqiqə Rəşad üçün bəs idi. Bir az əsəbləşmişdi. Qarşıda milli komandanın oyunu var. Rahil Məmmədov və Bədavi Hüseynovun bir yerdə oynaması üçün dəyişiklik etdim.

- Miçel sanki pis təsir bağışladı…

- Miçel köhnə mövqeyinə qayıtmışdı. Ona görə bir az zəif təsir bağışladı. Onun meydanda düşünmə qabiliyyəti bizim üçün vacibdir.

- Komandadan gedəcək futbolçular bəllidirmi?

- İnnosent Emeqaranın müqaviləsini yeniləmədik. Reynaldo ilə də yollarımız ayrılacaq. Donald Gerye bizimlə qalacaq. Tam razılaşmasaq da, danışacağıq. Yakub Jezniçakın da müqaviləsini uzatmadıq. Rəşad Sadıqovun müqaviləsini isə bir illik uzatdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail