"Qarabağ" Rumıniya klubuna qalib gəldi - YENİLƏNİB

31.01.2012 | 5173 dəfə oxunub

Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün daha bir yoxlama matçına çıxacaq. Stadium.az xəbər verir ki, Ağdam klubu yenə Rumıniya klubu ilə oyunda qüvvəsini sınayacaq.

Dünən "Obolon"a uduzmuş (0:3) "Qarabağ"ın bugünkü rəqibi "Petrolul Ploiesti" klubu olacaq.

Yoxlama oyunu

31 yanvar

16:45. Qarabağ - Petrolul Ploiesti - 2:0 

Qol: Admir Teli, 30.  Rauf Əliyev, 56


"Qarabağ"ın start heyəti: Bojan Pavloviç,  Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Namiq Yusifov, Kalonas,  Georgi Adamiya, Vüqar Nadirov,  Rauf Əliyev

1. Oyuna "Qarabağ" başladı.

3.  Ruminlar ilk dəqiqələrdən daha üstün oyun sərgiləməyə çalışırlar.

5. Ansinin asmasına hücumçularımızdan heç biri çata bilmədi.

8. Oyunda ilk təhlükəli vəziyyəti komandamız yarada bilərdi,amma Raufun ara ötürməsinə Kalonas çata bilmədi.

11. Komandamız rəqibin ilk dəqiqə pressinqini dəf edib, hal-hazırda oyunu rəqibə aid olan hissədə davam etdirir.

14. Ansi-Adamiya-Rəşad paslaşmasını sonda Kalonas künc zərbəsi qazanmaqla yekunlaşdırdı.

19. Rumınlar komandamızı əks hücumda tutmaq istəsə də müdafiəmiz vaxtında öz mövqeyini tuta bildi.

23. Bərabərsəviyyəli oyunda heç bir komanda real qol vəziyyəti yarada bilmir.

24. Maksimin gözlənilmədən uzaq məsafədən zərbəsini qapıçı çətinliklə qaytara bildi.

25. Vüqarın yandan ötürməsindən sonra top qapı tirinə tuş gəldi.

29. Meydanın mərkəzində rəqibdən topu alan Rəşad uzaq məsafədən zərbəsini qapıçı dəf edə bildi

30. QOOOL: Teli hesabı açdı. Maksimin uzaq məsafədən zərbəsini qapıçı dəf etsə də özünü yetirən Teli topu qapıdan keçirdi - 1:0.

33. Qoldan sonra rəqib pressinq tətbiq etməyə çalışsa da, komandamız dəqiq oynayır.

36. Rəşadın ötürməsindən snra Kalonas qapıçı ilə üzbəüz qalsa da hakim oyundan kənar vəziyyət qeydə aldı.

37. Hissə boyu rəqibin ilk təhlükəli əks hücumunun qarşısını da oyun boyu səhvsiz oynayan müdafiəmiz zərərsizləşdirdi.

39. Vüqarın uzaqdan zərbəsini qapıçı tuta bildi.

43. Hissənin sonlarında komandamız ikinci qolu vurmaq üçün irəli atılıb. Ərazi üstünlüyü tam komandamızın tərəfindədir.

İlk hissə başa çatdı.

İkinci hissə başlandı.

46. İkinci yarıya komandamız dəyişikliklə başladı. Kalonasın yerinə Vaqif meydana daxil oldu.

48. Rumınlar ilk dəqiqələrdən təzyiq yaratmaq istəyirlər.

49. Rauf inanılmaz qolu qaçırır. Vüqarın qapı ağzına ötürməsindən sonra Əliyev 2 metrdən qapıya düşə bilmir.

56.  Fantastik bir QOOOOOOOOOL! Adamiya – Vaqif – Rauf ötürməsini sonuncu başla tamamladı.

60. Vüqarın zərbəsi müdafiəçilərdən dönür

64.  "Qarabağ bu dəqiqələrdə rəqibə nisbətən daha rahat oynayır. Topa nəzarət edirik

65.  komandamızda Sadıqov və Maksimin yerinə Zaur Həşimov və Eltun Ayqublu oyuna daxil olur

67. Rəqibin zərbəsi qapıdan aralı keçir

72.  Daha 2 dəyişiklik. Rauf və Adamiyanın yerinə  Bəxtiyar və Nedzipi oyuna daxil olur

75.  Rumınlar yenə də qapını uzaqdan yoxlasalar da top qapıdan aralı keçir

79.  Bojan çıxışda səhvsiz oynayır

80. Sadiqov və Vüqarın yerinə Qoran və İlqar meydana daxil oldu 82` - Qarşılıqlı hücumlar gedir

85. Bojan qapıda yenə dəqiq oynayır

86.  Aqolli və Telinin yerinə Kamil Hüseynov və Emin İmaməliyev oyuna daxil olur

88.  Daha bir qol şansı. Vaqifin qapı önünə ötürməsi zamanı müdafiəçilərdən dönən topa Bəxtiyar zərbə endirsə də top dirəkdən dönür

89.  Oyuna 3 dəqiqə əlavə olunur

90.  Bojan uzaqdan gələn  zərbəni dəf edir

90+3. Oyun başa çatdı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail