DÇ-2012-nin təşkilat komitəsi Lənkəran stadionunda - FOTOLAR

31.01.2012 | 4189 dəfə oxunub


Yanvarın 27-də və 28-də FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin üzvləri çempionatın bir neçə oyununun keçiriləcəyi Lənkəran şəhərinə səfər ediblər. Stadium.az xəbər verir ki, səfərin əsas məqsədi FIFA nümayəndələrinin noyabrdakı son səfərindən sonra hazırlanmış hesabata uyğun olaraq Yerli Təşkilat Komitəsinin qarşısına qoyulmuş tələbləri yerində incələmək və müvafiq şəkildə icra etməkdən ibarət olub.

Səfər zamanı oyunların keçiriləcəyi stadion, məşq meydançası, komandaların qalacağı mehmanxanalar və FIFA-nın müvəqqəti yerləşəcək regional baş ofisinə baxış keçirilib. Lənkaran şəhər stadionunda və stadion ətrafı yaxın sahələrdə infrastruktur, marketinq, bilet satışı, könüllülərin idarə olunması, TV və media bölmələri üzrə həmin bölmələrin direktor və mütəxəsis qrupları ilə birgə oyunun təşkili zamanı istifadə olunacaq otaqlar və stadion ətrafı sahələrin müvafiq və düzgün şəkildə paylanması müzakirə edilib. Nəticədə stadion rəhbərliyinə FİFA-nın irəli sürdüyü tələblər çatdırılıb və qısa zamanda bu işlərin görülməsi ilə bağlı iş planının hazırlanması tövsiyə olunub.










Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail