Milli komandamızın dəyəri müəyyənləşdi - TAM SİYAHI

03.06.2019 | 5454 dəfə oxunub

Azərbaycan milli komandası "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlara hazırlaşır. Stadium.Az xəbər verir ki, komandamız iyunun 8-də evdə Macarıstan, 3 gün sonra səfərdə Slovakiya ilə qarşılaşacaq.

Bu məqsədlə baş məşqçi Nikola Yurçeviç komandanı mayın 19-dən bir araya gətirib. Xorvat mütəxəssis yığmaya 27 futbolçu çağırsa da, onlardan biri - İspaniyanın "Alkorkon" klubunda forma geyinən Eddi İsrafilov zədə səbəbindən kənarda qalıb.

Bu arada "Transfermarkt.de saytı futbolçuların qiymətlərini yeniləyiib. Fanat.Az xəbər verir ki, Almaniya saytının qiymətləndirməsinə görə, millimizin əksər futbolçuları öz dəyərini artırıb, bir neçəsinin qiymətində eniş müşahidə olunub, bəzilərinin dəyəri isə sabit qalıb.

Millimizin ən dəyərli futbolçus Riçard Almeydadı. "Qarabağ"ın milliləşdirilmiş futbolçusu dəyərini 100 min avro artıraraq 1,6 milyon avro edib.

Onu digər "Qarabağ"lı Maksim Medvedev izləyir - 1,3 milyon avro. Bu futbolçu da dəyərini 100 min avro artırıb. Digər iki "Qarabağ"lı - Mahir Emreli və Bədavi Hüseynovun dəyəri 1,2 milyon avrodu. "Qarabağ"lı Qara Qarayevlə "Krılya Sovetov"da çıxış edən Ramil Şeydayevə 1 milyon avro qiymət qoyulub. Ramil həm də dəyərini ən çox artıran futbolçudu. Onun transfer qiyməti 500 min avrodan 1 milyona qalxıb.

"Transfermarkt" millimizin 26 futbolçusuna ümumilikdə 16 milyon 775 min avro qiymət qoyub.

Riçard Almeyda (Qarabağ) - 1,6 milyon avro (+100 min avro)

Maksim Medvedev (Qarabağ) - 1,3 milyon avro (+100 min avro)

Mahir Emreli (Qarabağ) - 1,2 milyon avro (+200 min avro)

Bədavi Hüseynov (Qarabağ) - 1,2 milyon avro (+200 min avro)

Qara Qarayev (Qarabağ) - 1 milyon avro

Ramil Şeydayev (Krılya Sovetov, Rusiya) - 1 milyon avro (+500 min avro)

Emin Mahmudov (Neftçi) - 900 min avro

Səlahət Ağayev (Neftçi) - 700 min avro (+100 min avro)

Anton Krivotsyuk (Neftçi) - 600 min avro (+100 min avro)

Aleksey İsayev (Sumqayıt) - 600 min avro (+150 min avro)

Dmitri Nazarov (Aue, Almaniya) - 600 min avro (-100 min avro)

Mirabdulla Abbasov (Neftçi) - 550 min avro (-100 min avro)

Bəhlul Mustafazadə (Qəbələ) - 500 min avro (+250 min avro)

Şəhriyar Rəhimov (Səbail) - 500 min avro (+100 min avro)

Pavel Paşayev (Aleksandriya, Ukrayna) - 500 min avro

Araz Abdullayev (Qarabağ) - 500 min avro

Ömər Buludov (Neftçi) - 450 min avro (+200 min avro)

Namiq Ələskərov (Neftçi) - 450 min avro (+50 min avro)

Emil Balayev (Tobol, Qazaxıstan) - 400 min avro (+250 min avro)

Ağabala Ramazanov (Səbail) - 400 min avro (+150 min avro)

Əli Babayev (klubsuz) - 400 min avro (+100 min avro)

Rahil Məmmədov (Qarabağ) - 400 min avro

Rəşad Eyyubov (Sabah) - 300 min avro (+50 min avro)

Rüfət Dadaşov (Proysen Münster, Almaniya) - 275 min avro (+25 min avro)

Şahruddin Maqomedaliyev (Qarabağ) - 250 min avro

Renat Dadaşov (Eştoril, Portuqaliya) - 200 min avro



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail