"Neftçi" çempion oldu - "İnkişaf turniri"

06.06.2019 | 4273 dəfə oxunub

"Zirə» FK və «Şüvəlan» FK-nun 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında təşkil etdiyi «İnkişaf turniri» başa çatdı. «AZAL Arena»da keçirilən final matçında «Keşlə»ni əlavə vaxtda 3:2 hesabı ilə məğlub edən «Neftçi» turnirin qalibi adını qazandı.

Buna kimi 3-cü yer uğrunda baş tutmuş «Sabah» - «Sabah-2004» oyununda isə «Sabah» 5:1 hesabı ilə qalib gələrək turnirin bürünc medallarını qazandı. Final matçından sonra qaliblərin mükafatlandırma mərasimi keçirildi. Bir çox tanınmış futbol nümayəndələrinin iştirak etdiyi təltifetmə mərasimində qaliblərə medallar və kubok təqdim edildi.

Həmçinin, Təşkilat Komitəsinin qərarına əsasən turnirdə fərqlənər futbolçulara da dimplom və xatirə hədiyyələri verildi. Elgün Bayramov («Neftçi») turnirin «Ən yaxşı qapıçı», Rəşad Həsənov («Keşlə») «Ən yaxşı müdafiəçi», Vüsal Əliyev («Zirə») «Ən yaxşı yarımmüdafiəçi», Oruc Məmmədov («Neftçi») «Ən yaxşı hücumçu», Vaqif Həsənov («Keşlə») «Ən yaxşı bombardir» nominasiyalarında qalib seçildilər.

Turnirin ən yaxşı futbolçusu adı isə «Keşlə»li Kamal Kazımova qismət oldu. Bundan başqa mərasimdə «Het-trik news» qəzetinin apardığı sorğuya əsasən «U-16 Liqası»nda 2018/19-cu illər mövsümündə çempionatın ən yaxşı futbolçusu seçilmiş Cəlal Hüseynovla («Zirə») və Mehrac Baxşəliyev də («Qəbələ») mükafatlandırıldılar



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail