Abdulbari Gözal: "Çox yaxşı transferlərimiz olacaq"

06.06.2019 | 871 dəfə oxunub

"Qarabağ" futbol klubunun prezidenti Abdolbari Gozalın müsahibəsini təqdim edirik:

- "Qarabağ" ardıcıl 6-cı mövsüm Azərbaycan çempionu oldu. Bəs Çempionlar Liqasında hədəf nə olacaq?

- Əlbəttə, "Qarabağ"ın həmişə hədəfi var. Hədəfsiz olmaz. Komandanız 6-cı dəfə ölkə çempionu olmaqla yanaşı, böyük beynəlxalq təcrübə də qazanıb. Baş məşqçi Qurban Qurbanov bəzi dəyişikliklər edəcək. Əminəm ki, çox yaxşı transferlərimiz olacaq və biz ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəyik.

- Qışda demək olar ki, yeni transfer olmadı. Qarşıdakı günlərdə heyətdə yeni futbolçu görə biləcəyikmi?

- Transfer pəncərəsi yeni açılıb. Hazırda yaxşı transferlər nəzərdə tutulub. Artıq dünən bir futbolçu ilə anlaşmışıq. Yenə oyunçu almağa da davam edəcəyik.

- Həmin futbolçunun adlarını açıqlaya bilərsiniz?

- Onu deyə bilərəm ki, İspaniyadandır və zəngin karyeraya malikdir.

- "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl ölkə xaricində yaşayır. Siz isə daha çox iş adamı kimi fəaliyyət göstərirsiniz. Bu amillər klubun idarə edilməsində hər hansı çətinlik yaratmır?

- Xeyr. Biz klubda Qurban Qurbanovun işlərinə müdaxilə etmirik. Onun gündəlik işinə və siyasətinə qarışmırıq. Adətən, baş məşqçiyə dəstək veririk. Tahir bəy də ölkəyə gələndə klubla maraqlanır və öz işini davam etdirir. O, bir müddət İsveçrədə qalacaq. Daha sonra isə fəaliyyətinin böyük hissəsi burada olacaq.

- Müqaviləni uzatdığınız oyunçular arasında kapitan Rəşad Sadıqov da var. Təcrübəli müdafiəçi ilə nə vaxtadək yola davam etmək istəyirsiniz?

- Rəşad Sadıqov "Qarabağ"ın əsas oyunçularından biridir. Ümid edirəm ki, komandanın formasını oynaya bildiyi qədər geyinəcək. Oynaya bilmədiyi vaxt isə məşqçi kimi klubda çalışacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.06.2019

14:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.06.2019

12:38  Argentina - Kolumbiya 0:2 VİDEO

00:57  Braziliya - Boliviya 3:0 VİDEO

15.06.2019

14.06.2019

13.06.2019

12.06.2019

02:16  Andorra - Fransa - 0:4 VİDEO

02:13  Macarıstan - Uels - 1:0 VİDEO
   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi