"Bizim üçün adi oyun olmayacaq" - Slovakiyalı futbolçu

10.06.2019 | 4571 dəfə oxunub

Slovakiya millisinin yarımmüdafiəçisi Peter Pekarik AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi sport.sk saytına açıqlama verib.

Stadium.az xəbər verir ki, Almaniya Bundesliqa təmsilçisi "Herta"da çıxış edən 32 yaşlı futbolçu oyunla bağlı danışıb: "Qrupdakı kartları dəyişmək istəyiriksə, ardıcıl xallar qazanmalıyıq. Bakıdakı oyun çox vacib olacaq. Baş məşqçimi Pavel Hapalın sözünü təkrar etmək istəyirəm: Azərbaycanla oyunda xal itirən komandanın qrupda işi çox çətin olacaq". Təcrübəli futbolçu qrupdakı komandalar barədə bunları deyib: "Qrupumuzdakı komandalar səviyyəcə bir-birindən çox uzaq deyil, yaxındır. Qrup balanslıdır. Nəticələr sıxdır, oyunlarda bir-iki qol vurulur. Komandaların gücü bir-birinə yaxındır. Azərbaycan digər rəqiblərə ümid verən komanda kimi görünür. Hədəfinə çatmaq istəyən komanda Azərbaycanı məğlub etməlidir. Bunu dərk edirik".

Pekarik standart vəziyyətlərə xüsusi önəm verəcəklərini deyib: "Standart vəziyyətlər əsas silahımız ola bilər. Azərbaycanın Macarıstanla oyununu izləmişik. Həmin oyunda yaşananlar bizim üçün yaxşı ssenari olardı. Bakıda hava çox istidir. Onlar bu havaya öyrəşib. Bizim üçün adi oyun olmayacaq. Qalib gəlmək istəyirik".

Sabah 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyunu 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail