"Qarabağ" Afrikadan futbolçu istəyir

13.06.2019 | 1834 dəfə oxunub

Cənubi Afrika Respublikasının (CAR) "Kaizer Kiefs" komandasının futbolçusu Hendrik Eksteyni heyətinə qatmaq istəyən Azərbaycan klubunun "Qarabağ" olduğu müəyyənləşib.

Bu barədə "Soccerladuma" nəşrinə etibarlı mənbədən bildirilib. Ölkə çempionunun 28 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlandığı vurğulanıb:

"Hər zaman, hətta gecələr də onlar oyunçunun təmsilçiləri ilə əlaqə qururdular. Bu, Azərbaycanın ən yaxşı komandalarından biri və Dino Ndlovunun sabiq klubu "Qarabağ"dır".

Afrikalı oyunçunun agenti Paleza Mxize isə hazırda hansısa klub barədə danışmaq istəmədiyini deyib: "Oyunçuya ölkə xaricindən təklifin olduğunu təsdiqləyə bilərəm. Hər şeyi futbolçu ilə müzakirə etməliyəm. O, gələcəkdə növbəti addımı ilə əlaqədar nə baş verəcəyinə dair məsləhət verməlidir".

Daha əvvəl "Qarabağ"da CAR-dan olan hücumçu Dino Ndlovu (2016-2018) çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.08.2019

22:08  "Parma" - "Yuventus" 0:1 VİDEO

18:19  “Sumqayıt” “Səbail” - HEYƏTLƏR

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.08.2019

22.08.2019

21:26  "Linfild" - "Qarabağ" - HEYƏTLƏR

11:10  Azərbaycanın mövqeyi dəyişməz qaldı - UEFA reytinq cədvəli

03:09  Messi sağalıb

21.08.2019

20.08.2019

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - YENİLƏNİB

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi