Elxan Məmmədov: "Yeni təşəbbüs reallaşdırılmağa başlanıb"

02.02.2012 | 5504 dəfə oxunub

Dünya Çempionatının Yerli Təşkilat Komitəsi (YTK) aparılan danışıqlar və hüquqi proseslərin reallaşdırılması nəticəsində Avropa Komissiyasının Gənclər Fəaliyyətdə Proqramı tərəfindən rəsmi olaraq akkreditasiya almışdır.Bununla bağlı AFFA-nın baş katibi, Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov AFFA-nın saytına fikirlərini bildirib:

“2006-ci ildə Avropa Parlamenti tərəfindən təsdiq olunmuş, Avropa Komissiyası tərəfindən idarə edilən 2007-2013-cü illəri əhatə edən Gənclər Fəaliyyətdə proqramının əsas və daimi prioritet istiqamətləri Avropa Vətəndaşlığı, gənclərin iştirakçılığı, məhdud imkanları olan gənclərin ictimai fəaliyyətə cəlb edilməsi və mədəni müxtəliflikdir.
 
Proqramın ən vacib sub-proqramı Avropa Könüllülük Xidmətidir. Bu sub-proqram çərçivəsində müxtəlif ölkələrdən olan gənclər layihənin tərəfdaşı olan bir ölkədə müəyyən edilmiş sosial, idman, mədəniyyət, incəsənət, ictimai sahəyə uyğun vəzifələri reallaşdırır. Həmçinin beynəlxalq şərtlərə görə müddətindən asılı olmayaraq ev sahibi olan təşkilat könüllü gənclərin yerli icmalara inteqrasiyası, mədəni proqramlar, dilin öyrədilməsi kimi imkanlardan yararlanmalarına şərait yaradır.
 
Bu proqramı daha da inkişaf etdirərək 2012-ci ildən başlayaraq Avropa Komissiyası tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin fəaliyyətini gücləndirmək və prosesi daha da sürətləndirmək üçün 2012-2013-cü illəri əhatə edən “Şərq Tərəfdaşlığının Gənclər Pəncərəsi” adlı yeni təşəbbüs reallaşdırılmağa başlanıb. Yeni qaydalara əsasən, Azərbaycan da daxil olmaqla 6 Şərq Tərəfdaşı ölkələri üçün birbaşa olaraq Avropa Komissiyasına müraciət edib, birbaşa dəstək əldə edərək layihənin koordinatoru olmaq imkanları yaradılıb.
 
Yaradılmış geniş imkanları dəyərləndirən AFFA və YTK Avropa Komisiyyasının Gənclər Fəaliyyətdə proqramına müraciət edərək “Şərq Tərəfdaşlığının Gənclər Pəncərəsi” layihəsinə akkreditasiya almış ilk Azərbaycan təşkilatı oldu. Akkreditasiya sayəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin könüllülər komandasına Avropanın müxtəlif ölkələrindən 60-a qədər gəncin cəlb edilməsi hüququ verilib.
 
Xarici könüllülərin cəlb edilməsi Avropada ilk dəfə keçiriləcək FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin daha da rəngarəng keçirmək imkanları ilə yanaşı, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, dili, incəsənəti təbliğ edilərək Vətənimizə müxtəlif ölkələrdən yeni gənc dostlar qazandıracaq.
 
Gənclər Fəaliyyətdə proqramının 2012-ci il üçün illik prioritetindən birinin “cəmiyyətdə gənclərin aktiv fəaliyyəti və sağlam həyat tərzinin təbliğatı üçün açıq hava oyunları və kütləvi idman növlərinin təşviq edən layihələr” olması YTK üçün daha da geniş imkanlar yaradır ki, layihənin kütəviliyini artıra bilsin.
 
AFFA və YTK bununla kifayətlənməyərək xarici gənclərin Azərbaycanda, azərbaycanlı gənclərin isə xarici ölkələrdə beynəlxalq layihələrdə iştirak imkanlarını genişləndirmək üçün Avropa Komissiyası tərəfindən 2014-2020-ci illər üçün irəli sürülmüş gənclər proqramında da iştirakı planlaşdırır.
 
Bu istiqamətdə fəaliyyətimizin 2011-ci il iyulun 7-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9 bəndində qeyd edilmiş “Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramlarının imkanlarından istifadə edilməsi” müddəasına da böyük və uzunmüddətli töhfələr verəcəyinə inanırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail