"Neftçi" bunu bacaran ilk Azərbaycan klubudur

19.07.2019 | 5138 dəfə oxunub

Dünən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Speranta"ya 6:0 hesabı ilə qalib gələn “Neftçi” futbol tariximizə düşüb.

Stadium.Az xəbər verir ki, bu uğur sayəsində “ağ-qaralar” bir oyunda rəqibin qapısından 6 və daha artıq top keçirən ilk Azərbaycan klubu olub. Bunadək "Qarabağ" "Samtredia"nı (Gürcüstan), "İnter" (indiki "Keşlə") "Trans Narva"nı (Estoniya) 5:0 yenməyi bacarmışdı. "Neftçi" avrokuboklarda iki oyunun nəticəsinə görə (9:0) rəqibin qapısından ən çox top keçirən Azərbaycan klubu adına da yiyələnib.

İndiyə qədər klublarımızın avrokuboklarda iki oyunun nəticəsinə görə  ən böyükhesablı qələbələrini "Qarabağ" "Banqa" (Litva), "İnter" (indiki "Keşlə") "Trans Narva" (Estoniya) üzərində qazanmışdı (7:0).

Əlavə edək ki, iki oyunun nəticəsinə əsasən, "Speranta"ya 9:0 hesabı ilə (3:0 səfərdə, 6:0 evdə) qalib gələn Bakı klubu Avropa Liqasında ikinci mərhələyə də yüksəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail