Roberto Bordin: "İndi nəsə demək, söz vermək böyük səhv olar"

26.07.2019 | 5119 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Nəticədən və oyundan razıyıq. Dünən də demişdik ki, matç çətin olacaq və belə də oldu. Onlar tapşırıqları düzgün yerinə yetirdilər. Pressinq tətbiq etdilər və rəqibə orta xətdə öz oyununu sərgiləməyə imkan vermədilər. Sonradan meydana çıxan futbolçuçardan da razıyam. Onlar tempi saxladılar. Komandamı təbrik edirəm.

- "Neftçi"nin sizin dönəminizdə taktiki cəhətdən ən mükəmməl oyunu oynadığını söyləmək olar?

- Taktika rəqibdən asılı olaraq dəyişir. Bu gün çalışdıq ki, "Arsenal" "1 nömrə" kimi oynaya bilməsin. Ən çox da hücumçular səy göstərdi. Rauf Əliyev rəqibin iki mərkəz müdafiəçisinin arasında çox düzgün oynadı. Cinah hücumçuları da yaxşı oyun nümayiş etdirdilər.

- Komandanızın vəzifənin öhdəsindən neçə faiz gəldiyini düşünürsünüz?

- Məşqçilər korpusu ilə işləyirik. Biz oyunçulara müəyyən məlumat və tapşırıqlar veririk. Bu gün hər şeyi düzgün etdilər. İndi yalnız sevinə bilərik. Ancaq sevincimiz bu günlük olmalıdır. Cavab matçına hazırlaşmalıyıq. Faiz deyə bilmərəm. Faiz söyləməyim çox böyük səhv olardı.

- Dario Federikonun zədəsi ciddidir, yoxsa cavab oyununda komandaya kömək edə biləcək?

- Hər iki ayağında qıcolma vardı. Başqa futbolçularımızda da mikrozədələr var. Bu gün çox yoruldular. İndi onların durumu barədə dəqiq bir söz deyə bilmirəm. Zədələri öncədən təxmin etmək olmur. Bəli, uçuşumuz yubandığı üçün məşq prosesi dəyişdi. Ancaq yol yorğunluğunun zədəyə aiddiyatı yoxdur. Rəqibin cinah oyunçuları çox aktiv oynadılar.

- Növbəti mərhələyə çıxmaq sözü verə bilərsiniz?

- Bayaq da dedim, indi nəsə demək, söz vermək böyük səhv olar. Bakıdan gələn azarkeşlərimizi təbrik edirəm. Bura gəlib bizi dəstəklədikləri üçün sevinirəm.

- Rəqibin heyətində kimi qeyd edə bilərsiniz?

- Futbolda kollektiv oyun önəmlidir. "Arsenal" da çox yaxşı komandadır. Kimisə ayrıca qeyd etməyi düzgün saymıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail