Emin Mahmudov: "Qarabağ" "Spartak" və ya "Zenit"i də keçə bilər"

26.07.2019 | 5558 dəfə oxunub

"Həm bizim, həm də rəqibin qol epizodları oldu. Pis oyun sərgiləmədik. Futboldan çox mübarizə vardı".

Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, növbəti mərhələ barədə düşünmək hələ tezdir: "Hər iki komanda yaxşı mübarizə apardı. Rəqibin öz futbolunu oynamasına imkan verməməyə çalışdıq. Növbəti mərhələ barədə düşünmək hələ tezdir. Cavab qarşılaşmasında hər şey ola bilər. Düzgün köklənmək və ikinci matçda da qalib gəlmək lazımdır".

Kapitan bundan da yaxşı oynaya biləcəklərini söyləyib. O, pley-off xarakterli qarşılaşmaların fərqli olduğunu vurğulayıb: "Topla daha yaxşı davrana bilərdik. Meydanın vəziyyəti yaxşı olsa da, bir qədər ağır idi. Çalışdıq ki, rəqib öz sevimli futbolunu oynamasın, topa nəzarət edib, sürətli hücumlara çıxmasın. Bunun üçün də pressinq tətbiq etdik. "Arsenal" bizim onlara icazə verdiyimiz qədər oynadı. Cavab görüşü daha çətin keçəcək. Rəqib daha çox köklənmiş olacaq. Oyundan qabaq pley-off xarakterli duellərdə istənilən komandanı məğlub edə biləcəyimizi söyləmişdim. Çempionatda isə hər oyunu bu cür keçirmək çətin olar. Məsələn, "Qarabağ" "Spartak" və ya "Zenit"i də keçə bilər. "Neftçi" də həmçinin bunu bacarar. Bütöv çempionat isə fərqlidir. Ona görə Azərbaycan klublarının Rusiya Premyer Liqasında birinci yox, ikinci "səkkizlik"də oynaya biləcəyini demişdim".

Mahmudov hazırda "Arsenal"ın kapitanı olan sabiq komanda yoldaşı Kirill Kombarovla yaxşı münasibətinin olduğunu da vurğulayıb.

Cavab matçı avqustun 1-də "Bakcell Arena"da olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail