Qurban Qurbanov: "Bir az aqressivlik lazımdı"

31.07.2019 | 4328 dəfə oxunub

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda sabah İrlandiyanın “Dandolk” klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Stadium.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib: - Çox vacib oyuna hazırlaşırıq. Cavab matçı həmişə bizi daha diqqətli olmağa məcbur edir. Ələlxüsus da belə rəqiblərə qarşı. Hər iki komanda çox istəklidi. Nə qədər çətin olsa da, mənə elə gəlir ki, sabah bizi maraqlı oyun gözləyir. Çalışacağıq, maraqlı futbol oynayaq və uğurlu nəticə qazanaq.

- Zədəlilərin son durumu nə yerdədi?

- Bədavi Hüseynovda durum heç də yaxşı deyil. O hətta fərdi məşqlərə belə başlamayıb. Məşqlərə başladı, ancaq hiss etdi ki, vəziyyət yaxşı deyil və məşqləri dayandırdı. Dünən MRT olundu və qərar verdik ki, hələ müalicə davam etməlidi. Digər zədəlilər 100 faiz hazır olmasalar da, onlarda durum yaxşılığa doğru gedir.

- Qeye və Faysal sabah oynaya bilər?

- Hazırlıqları əvvələ nisbətən yaxşıdı. Amma öz optimal formalarından uzaqdılar. Əsas heyətdə olmayacaqlar. Ən azından birinin “18-lik”də olmaq ehtimalı var. Hansı daha çox lazım ola bilərsə, onu heyətə daxil edəcəyik.

- Rəqibə uyğun olaraq taktiki planda dəyişiklik ola bilərmi?

- Bütün rəqiblərə qarşı dəyişikliklər olur. Həmişə çalışmışıq ki, öz oyun üslubumuzu qoruyub saxlayaq və daha da yaxşılaşdıraq. Ancaq rəqibin qarşısını almaq da vacibdi. Hardasa səhvlər ola bilər, ancaq buna diqqət ayırmışıq. Rəqibin oyununu analiz etmişik. Çalışacağıq ki, rəqibin istədiklərinin qarşısını alaq. Ancaq öz oyunumuzdan da imtina etməyəcəyik.

- İrlandiya millisinin baş məşqçisi Makkarti deyib ki, “Qarabağ” əsəbi oynayacaq...

- İnşallah, əsəbləşmərik. Futbol bilirik nə deməkdi. Bir az aqressivlik lazımdı. Ancaq rəqibə qarşı əsəblilikdən söhbət getmir. Ümumən, kollektiv şəklində belə matçlarda səbrli olmalı və özümüzü təmkinli aparmalıyıq. İdman prinsiplərinə uyğun əsəbilik olsa, buna şad olarıq.

- Avrokuboklarda digər təmsilçimiz “Neftçi” Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar”ın mərhələ keçmək şansı nə qədərdi?

- İnşallah keçəcəklər. “Neftçi”yə uğurlar arzulayıram. Avrokuboklarda xala ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdı. Keçmək bir yana, qələbə ilə mərhələ adlamaq daha yaxşıdı. Ona görə də həm “Qəbələ”, həm də “Neftçi”yə uğur arzulayıram.

- Mahir Mədətovun adı İspaniya klubları ilə hallanır... - Oyuna hazırlaşırıq, matçı başa vuraq, ondan sonra bu barədə danışarıq.

- 3-cü mərhələdəki potensial rəqibiniz də bəllidi. Necə fikirləşirsiz, daha yaxşı ola bilərdimi?

- Hamımızın düşüncəsi sabahkı oyuna yönəlib. Məqsəd bu turnirdə davam etməkdi. Belə düşüncələr mənim özümə də mane ola bilər. Bütün fikrimizi bu matça yönəltmişik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail