"Qarabağ" və "Neftçi"nin potensial rəqibləri 5-ə endi

03.08.2019 | 4267 dəfə oxunub

Avqustun 5-i UEFA-nın Nyondakı qərargahında Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. 


Stadium.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14.00-da başlanacaq püşkatmada ÇL-in üçüncü təsnifat mərhələsinin APOEL - “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək. Öncədən məlumat verildiyi kimi, bu cütlük səpələnməmişlər səbətində yer alacaq və rəqibi səpələnmişlər səbətindəki aşağıdakı cütlüklərdən birinin qalibi olacaq: PAOK (Yunanıstan) - «Ayaks» (Hollandiya)

ÇFR (Rumıniya) - «Seltik» (Şotlandiya)

«Srvena zvezda» (Serbiya) - «Kopenhagen» (Danimarka)

«Dinamo» (Xorvatiya) - «Ferensvaroş» (Macarıstan)


APOEL - “Qarabağ” cütünün məğlubu isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu zaman həmin komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində yer alan, Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq: «Sutyeska» (Çernoqoriya) - «Linfild» (Şimali İrlandiya)

«Ludoqorets» (Bolqarıstan) - TNS (Uels)

«Sarayevo» (Bosniya və Herseqovina) - BATE (Belarus)

«Astana» (Qazaxıstan) - «Valletta» (Malta)

«Slovan» (Slovakiya) - «Dandolk» (İrlandiya)


Avroliqadakı digər təmsilçimiz “Neftçi” isə İsrailin “Bney Yehuda” komandasını keçəcəyi halda, pley-offda səpələnməmişlər səbətində yer alacaq və "səpələnmişlər"dəki aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək: «Antverpen» (Belçika) - «Viktoriya» (Çexiya)

«Brondbü» (Danimarka) - «Braqa» (Portuqaliya)

«Vaduts» (Lixtenşteyn) - «Ayntraxt» (Almaniya)

«Malmö» (İsveç) - «Jrinski» (Bosniya və Herseqovina)

«Partizan» (Serbiya) - «Malatyaspor» (Türkiyə)

Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-i, Bakı vaxtı ilə saat 15.30-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail