"Şansımız "Qarabağ"dan daha azdır" - APOEL rəsmisi

07.08.2019 | 4976 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsində evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzan Kiprin APOEL klubunun idarə heyətinin üzvü Nektarios Petevinos açıqlama verib.

Stadium.az xəbər verir ki, klub rəsmisi şanslarının az olduğunu deyib: "Qarabağ" Avropa Kuboklarında mütəmadi çıxış edən və 11 il eyni baş məşqçinin rəhbərliyində olan güclü klubdur. Hər şeyə iki oyunun nəticəsindən sonra aydınlıq gəlir. Yekunda uda da bilərsən, uduza da. Açığı, şansımız "Qarabağ"dan daha azdır. Əlimizdən gələnin ən yaxşısını etmədiyimiz üçün haqsızlıqdır. Meydanda olmalı olduğumuz qədər yaxşı deyildik. Çətin səfərə gedəcəyik və azı iki qol vurmalıyıq. Əgər qol vursaq, müsbət nəticə ola bilər. Eyni zamanda bəxtsiz anlar da yaşadıq. Əks-hücumlarda daha təhlükəli idilər Son dəqiqə qolu ümidimizi artırdı. Səhvləri görməli və düzəltməli, cavab matçında "Qarabağ"la savaşmalıyıq İlk oyunda uduzduğumuzu qəbul etməliyik". Tribunada erməni bayrağının asılmasını Azərbaycan mətbuatı təxribat kimi qələmə verib. Nektarios Petevinos açıqlamasında bunun qeyri-qanuni olmadığını bildirib: "Bu məsələlərdə rəsmi hüququm yoxdur. Yazılanları oxumuşam. Ancaq burada qeyri-qanuni bir şey baş verməyib. Azərbaycana səfər çətindir. Bəzi problemlərin Azərbaycanın Türkiyə ilə yaxın münasibətlərindən olduğunu bilirik". Cütün cavab matçı avqustun 13-ü, Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Matçın start fiti saat 20:30-da səslənəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail