"Qarabağ" üçün düşərli hakim

18.08.2019 | 5895 dəfə oxunub

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Linfild" - "Qarabağ" oyununu isveçrəli FIFA referisi Sandro Şörer idarə edəcək.

Stadium.az xəbər verir ki, 31 yaşlı ədalət sahibi daha öncə bir dəfə "Qarabağ"ın qarşılaşmasında baş hakim olub. Şörer 2017/2018 mövsümündə Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun Ukraynada "Vorskla"ya qarşı keçirdiyi görüşü idarə etmişdi.

Poltavada baş tutan görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı. Yeganə qolu penaltidən Araz Abdullayev vurmuşdu. Meydan sahiblərinin dörd, "Qarabağ"ın iki futbolçusu (Maksim Medvedev, Donald Gerye) sarı vərəqə almışdı.

İsveçrəli referi bu mövsüm Avropa Kuboklarında ilk oyuna baş hakim kimi təyinat alıb. Şörer indiyədək 32 beynəlxalq oyun idarə edib. O, bu qarşılaşmalarda 12 penalti təyin edib, 132 sarı vərəqə göstərib, 9 dəfə isə futbolçunu meydanda qovub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail