Bordin: "Futbolçularım barədə pis heç bir söz deyə bilmərəm"

26.08.2019 | 6427 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

- Hazırda bu oyunu təhlil etmək lazımdır. Hər iki hissədə cəmi bir qol epizodu verdik və rəqib onlardan birini qola çevirdi. Qoldan öncə Baqali Dabonun və Platellasın qol şansı oldu, amma istifadə edə bilmədik. Görüşü analiz etsək, "Sabah"la oyunla nisbətən daha istəkli idik. Futbolçularım barədə pis heç bir söz deyə bilmərəm. İlk dəqiqədən istəkli olduqlarını göstərdilər. Burada bəxtsizlik də rol oynadı. Sonluqlarda problemlərimiz var, öz üzərimizdə işləməliyik. Çətin vəziyyətdəyik, bu durumdan çıxmağa çalışacağıq.

- Baqali Dabonun ötən tur oynamaması səs-küyə səbəb oldu. Bunun bu gün onun əsas heyətdə olmasına təsiri var idimi?

- Dabo ilə arada baş verən hadisə daxildə qalır. Bunu mətbuata açıqlamıram. Mənim üzərimdə heyət baxımından təzyiq yoxdur. Bu gün Dabo da bütün komanda yoldaşları kimi gözəl oyun göstərdi. 3 təhlükəli vəziyyət yaratdı. Bir neçə müddət oynamadığını nəzərə alsaq, bu gün yaxşı oyun göstərdi.

- Sizin üçün komandanın oyunu əsasdır, yoxsa nəticə?

- Əlbəttə nəticə. Çempion olmaq üçün vacib olan nəticədir. Oyunu analiz etməliyəm. Balans yaratmaq və vəziyyətlərə nəzarət etmək lazımdır.

- Oyundan sonra hakimə yaxınlaşdınız. Referi ilə nə danışdınız?

- Yaxınlaşdım və sağollaşdım. Artırılmış dəqiqələri müzakirə etdik.

- Komandadakı psixoloji gərginliyin uzanması, sizin komandadan gedişinizə zəmin yaratmır ki?

- Onu deyə bilərəm ki, Avroliqadakı məğlubiyyət və ilk turda xal itirməyimizə baxmayaraq, komanda istədiyim kimi oynadı. İndi bu barədə nəsə danışmaq istəmirəm. Gələn turlarda baxacağıq.

- Ömər Buludova nə üçün şans vermədiniz? Avroliqada Ömər oynayırdı, liqada Tural.

- Tək Tural deyildi. Başqa mövqelərdə də dəyişiklik etdim. Məşqlərə uyğun obyektiv dəyişiklik etməyə çalışıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail