"Neftçi" azarkeşləri klub prezidentini istefaya çağırıb

27.08.2019 | 7682 dəfə oxunub

“Neftçi” klubunun bir qrup azarkeşi növbəti dəfə klub rəhbərliyinin istefasını tələb edib. “Neftçimania” azarkeş qrupu komandalarının dünən Premyer Liqanın ikinci turunda “Zirə”yə 0:1 hesablı məğlubiyyətindən narazı qalıblar.

Onlar matçın gedişatı zamanı klub prezidenti Kamran Quliyev və baş məşqçi Roberto Bordini istefaya səsləyiblər.

“Neftçi”nin sosial şəbəkədəki ən böyük azarkeş səhifələrindən olan “Neftchi Baku (Fan Page)” səhifəsi də klub prezidentini istefaya çağırıb.

“Biz niyə "Neftçi"nin prezidentinin istefasını istəyirik? Çünki komandanı idarə edə bilmir, baş məşqçinin bacarıqsızlığına göz yumur. Baş məşqçinin yanında gözü kölgəlidir. Ona görə getməlidir. Ya özü, ya da baş məşqçisi” – deyə səhifənin paylaşımında bildirilib.

Xatırladaq ki, “Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsrail “Bney Yehuda”sına uduzaraq (2:2, 1:2) mübarizəni dayandırıb. Komanda Premyer Liqanın ilk iki turunda isə cəmi 1 xal qazanıb (“Sabah” – 1:1, “Zirə” – 0:1).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail