Donald Gerye "Neftçi"ylə müqavilə bağlayıb?

28.08.2019 | 6685 dəfə oxunub

“Qarabağ”ın sabiq futbolçusu Donald Geryenin karyerasını “Neftçi”də davam etdirəcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.

“Vant Bef İnfo” portalı haitili sol cinah oyunçusu ilə 2 illik müqavilə bağlanılacağını və onun aylıq maaşının 35 min dollardan çox olacağını yazıb.

Bildirilir ki, Gerye “Neftçi”nin onun bütün şərtlərini qəbul etdiyini və illik maaşının yarısını müqavilə bağlayan zaman alacağını təsdiqləyib. Bakılılar sözləşmənin surətini futbolçuya göndərəndən sonra onun Azərbaycana yola düşəcəyi vurğulanır.

Məlumata görə, problem çıxmayacağı təqdirdə, Gerye sentyarın 1-də Premyer Liqada III turun “Sumqayıt”la ev oyununadək “Neftçi”nin düşərgəsində olacaq.

“Qarabağ” klubu Donald Geryenin şərtlərini qəbul etmədiyi üçün onunla müqavilənin müddəti uzadılmayıb. Sol cinah oyunçusu hazırda klubsuz olduğu üçün qarşıdakı matçlar üçün Haiti yığmasına dəvət almayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail