"İnter"in təlim-məşq toplanışı rəqəmlərlə

06.02.2012 | 5507 dəfə oxunub

Məlum olduğu kimi, Türkiyədə təlim-məşq toplanışını başa vurmuş "İnter" artıq vətəndədir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "İnter" təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 5 yoxlama matçında 2 qələbə qazanıb, 2 oyunda sülhə imza atıb və 1 matçda isə məğlub olub.

"İnter" Türkiyə təmsilçisi "Konya Şəkərspor" komandasına (3:2) və Avstriya çempionu "Şturm" komandasına (2:1) qalib gəlib. Albaniya çempionu"Skenderbeu”" və Ukrayna təmsilçisi "Volın" komandalarıyla qolsuz bərabərliyə nail olan "bankirlər" Almaniyanın "Karlsrue" komandasına 1:3 hesabıyla məğlub olub.

"İnter"in keçirdiyi 6 oyunda vurulan qolların 2-sini Baçana Tsxadadze aktivinə yazıb. Bronislav Çervenka, Girts Karlsons və Asif Məmmədov hərəyə 1 qol vurdular. Daha bir qolu "İnter"in rəqibi öz qapısından keçirib.

Toplanış çərçivəsində "İnter" Ukraynanın "Volın" və Avsrtiyanın "Şturm" komandalarının da qatıldığı mini-turnirdə iştirak edib. Oyun nəticələrinə əsasən Kaxaber Tsxadadzenin yetirmələri turniri ilk sırada başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail