Elşad Əhmədov: "Müdafiəyə çəkilmək mənim istəyim deyildi"

01.09.2019 | 6317 dəfə oxunub

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Zirə" ilə oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun keçdi. İlk hissəni biz, ikinci hissəni rəqib yaxşı oynadı. Birinci hissədəki qol epizodlarından yararlana bilsəydik, fərqli olardı. Rəqibi ikinci hissədə irəlidə qarşılamaq istədik, çatdıra bilmədik.

- 3 xalı müdafiə futbolu oynadığınız üçün itirdiyinizi düşünmürsünüz? Ozan Canın əvəzinə Abbası meydana buraxmağınız nə dərəcədə doğru idi?

- Ozan Canı dəyişmək planım yox idi. Sadəcə, zədəsi oldu. Rəşad Eyubovu əvəzləməyi düşünürdüm. Ancaq Ozanın zədələnməsi planımızı dəyişdi. Müdafiəyə çəkilmək mənim istəyim deyildi. Sadəcə, uşaqlarda həyəcan var idi. Rəqibin də haqqını yemək olmaz.

- İlk hissədə inamlı oyunu göstərə bilməməyinizin səbəbini nə ilə izah edə bilərsiniz?

- İkinci hissənin əvvəlindəki penalti oyunçularda həyəcan yaratdı. Mənim istəyim irəlidə təzyiq etmək idi.

- 3 tura 2 xal planlarınıza uyğundurmu?

- Xeyr. Mən 9 xal fikirləşmişdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail