"Azərbaycanda elə sözə görə adamı öldürərlər" - Ayxan Abbasov

01.09.2019 | 5160 dəfə oxunub

"Bir xal üçün gəlmişdik. Keçən tur da məğlub olmuşduq. İlk hissədə istədiyimiz qolu vura bildik. Oyunu əks-hücumların üzərində qurmaq istəyirdik".

Stadium.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turunda bu gün "Neftçi"yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib. Məğlubiyyəti şərh edən çalışdırıcı oyunda yaşanan qalmaqaldan da danışıb: “Neftçi”nin durumu bizdən də pis idi. Təəssüf ki, qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu. Dəyişikliklər etdik, amma son 1 dəqiqəni dözə bilmədik. Bu da bəzi futbolçularımızın gənc olması və Premyer Liqa ab-havasına uyğunlaşmaması ilə bağlıdır. Yenə də vuruşduqlarına görə komandaya təşəkkür edirəm. Məni üzən bəzi səbəblər var. Bunlardan danışmalıyıq. Təəssüf ki, Roberto Bordin hər dəfə kimlərəsə nələrisə öyrətmək istəyir. Amma getsin, öz komandasına tərbiyə versin. Mənim futbolçularımdan kimsə rəqib komandanın məşqçilərini söysə, mən onu qovaram. Təəssüf ki, millidə Anton Krivotsyuk kimi futbolçular oynayır. Mən bu gün futbola nifrət etdim. Gəlib bizə niyə söyüş söyür? Neynəmişik ki? Axırıncı dəqiqədə top çıxıb, futbolçumuz yerdə qalıb. Bordin müəllim, başqa vaxt gəlib vaxt uzatmaqdan şikayətlənirsiz, topu niyə vermədiz? Azərbaycana gəlib futbol öyrətmək lazım deyil. Bu da onun tərbiyəsiz komandası!

- Etibar Tarıverdiyevin sizə əl-qol atması necə?

- Futbol aqressiya oyunudur. Biz də əsəbləşirik. Mən futbolçuları ordan çəkmək istəyirdim. Anton pis söyüş söydü. Azərbaycanda elə sözə görə adamı öldürürlər. Bəlkə, Ukraynada onun üçün normaldır. Heç kim valideynlərini küçədən tapmayıb. Onun başını kəsərlər. Mən 20 futbolçunun qabağını kəsə bilmərəm. Ancaq onları çölə çıxarmaq istəyirdim. Etibarın onun sakitləşdirmək əvəzinə bizim üzərimizə gəlməsi normal deyildi. Antonun o hərəkətinə görə Vurğun qırmızı vərəqə aldı. Bu gün “Sumqayıt”la yox, getsinlər o büdcə ilə “Qarabağ”la prinsip aparsınlar.

- Keçən tur hakimlik barədə danışmağınız AFFA tərəfindən narazılıqla qarşılandı. Bu gün razı qaldızmı?

- Sualınız odu ki, mən yenə cəza alım (gülür).

- Epizodların birində Əmir Ağayev cərimə meydançasında yerdə qaldı. Amma haqqınızı tələb etmədiz...

- Epizodu görməmişik. Belə danışmaq olmaz. Bu hadisə olmasaydı, mən “Neftçi”ni tərbik edərdim. Problem deyil, yenə təbrik edirəm. Gəlib bizə küçə söyüşü söyməsi pis təsir etdi. Gör, millinin formasını kimlərə etibar edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail