Bordin: "Bu barədə heç nə deyə bilmərəm"

02.09.2019 | 1240 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 3-cü turunda "Sumqayıt"a qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gərgin oyun oldu. Matça yaxşı başlamadıq. Amma buraxdığımız qoldan sonra ayıldıq. Komandam əsəbi görünürdü. İlk dəqiqələrdəki qol epizodlarından istifadə edə bilmədik. Buna görə də gərginlik var idi. Komandamı təbrik edirəm. Asan qələbə olmadı. 

- Antonun rəqib komandanın məşqçilər korpusu və futbolçularını ağır şəkildə təhqir etməsi nə dərəcədə doğrudur? Onunla bağlı nə ölçü götürəcəksiz?

- Onu “Sumqayıt”ın baş məşqçisi bildirib. Siz eşitmisiz?
 
- Niyə yalan danışsın?

- Siz nələr baş verdiyini gördüz? Orda elə bir situasiya, xaos idi ki, məni də bir neçə dəfə itələdilər, zərbələrdən qaçası oldum. Bilmirdim ki, nələr baş verib. Bunu araşdıracam və sonda qərar verəcəyik. Məncə, bu vəziyyətdə təkcə Antonu və “Sumqayıt”ın qırmızı vərəqə alan futbolçusunu günahlandırmaq olmaz. Oyunboyu xoşagəlməz hadisələr baş verdi. Bizim də səhvimiz var ki, buna cavab verdik.
 
- “Sumqayıt”ın baş məşqçisi sizə qarşı da ittiham irəli sürdü ki, gəlib bizə nəsə öyrətməsin, futbolçularına tərbiyə versin. Ona nə öyrətmək istəyirdiz ki?

- Heç kimi özünü necə aparmaqla öyrətməli deyiləm. Xüsusən də “Sumqayıt”ın baş məşqçisini. O, italyanca bilir? Necə məni başa düşə bilər ki... Mən orda istəyirdim ki, hər iki tərəf sakitləşsin. Xoşagəlməz haldı ki, məğlub olandan sonra baş məşqçi rəqibi günahlandırır. Hamı öz evinin içinə baxmalıdır. Anton barədə araşdırma edəcəm. Öz oyunçularımı düşünməliyəm. Xahiş edirəm ki, rəqib baş məşqçi də öz futbolçuları ilə məşğul olsun.
 
- Ayxan Abbasov onu da dedi ki, “Neftçi” belə büdcə ilə getsin “Qarabağ”la prinsip aparsın...

- Hər bir rəqib eynidir. Bu gün komandanı “Sumqayıt”la oyuna hazırlamışdıq. Qələbə lazım idi və bunu əldə etdik. Hər rəqibə qarşı ona uyğun hazırlaşırıq. Bütün komandalar rəqibdir.
 
- Antonun epizodunu görməsək də, Etibar Tarıverdiyevin Ayxan Abbasovu sillələdiyini gördük...

- Bunu görməmişəm. Siz ancaq mənə bizim etdiklərimizdən danışırsız. Ancaq Antona vurulan yumruğu görmüsüz? Vurğunun vurduğunu görmədiz? Nə Antonu, nə də Etibarı görmüşəm. Təkcə onu gördüm ki, Anton yerdədir. Sadəcə olaraq, o vəziyyətdə rəqib məşqçi də istəyirdi ki, komanda sakitləşsin. İstəməzdim ki, belə situasiya yaransın.
 
Azarkeşsiz olmağınız oyuna təsir edirmi?

- Azarkeşin gəlməsi əlavə motivasiyadır. Əsas da ultraslar. Onlar hər dəfə hiss etdiriblər ki, evdə oynayırıq. Onları başa düşürəm. Son nəticələr ürəkaçan olmadı. Amma onları tribunada görməyi arzulayıram. Onların yoxluğu görünürdü.
 
- Olan azarkeşlər də yalnız rəhbərliyi istefaya səsləyirdilər. Fanatları qaytarmaq üçün onlara müraciət etmək və ya görüşmək planınız varmı?

- Bu ildən fərqli olaraq keçən il onlarla tez-tez görüşürdük. Sadəcə, mövsüm başlayandan tez-tez oyunlarımız olur. Buna görə də görüş baş tutmayıb. Milli komandalara görə fasilə yaranıb. İstəyərəm ki, onlarla görüşüb, fikir mübarizəsi aparaq.
 
- Vəziyyətin gərginləşməsinə səbəb feyr-pley oldu. Maraqlıdır, sizin komandanız vaxtı uzatmaq məqsədilə olsa belə, topu kənara vursa və rəqib hücum edib, qol vursa, buna reaksiyanız necə olar?

- Hansı epizodu deyirsiz?
 
- İkinci qol.

- Feyr-pleyə oyunboyu riayət olunurdu. Sadəcə olaraq futbolçu 1-2-3-4-5 dəfə yıxıla bilər. Ancaq bu qədər yox. Onlar hesabda irəli olduqlarına görə yerə yıxılırdılar. Hər dəfə əlverişli hücum vaxtı topu rəqibə qaytarsaq, futbol necə olacaq ki...
 
- Geryenin transferi gündəminizdədir?

- Bu barədə heç nə deyə bilmərəm. Qarşıda bizi 3 gün istirahət gözləyir. By müddətdə müzakirə edəcəyik.
 
- Fasiləni necə keçirməyi düşünürsüz?

- Üç gündən sonra məşqləri bərpa edəcəyik



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə