Premyer Liqada XIX tur rəqəmlərin gözü ilə

07.02.2012 | 5554 dəfə oxunub

Bu həftə keçiriləcək 6 qarşılaşma ilə Azərbaycan Premyer Liqasında 2011/12-ci il mövsümündə fasiləyə yekun vurulacaq. Stadium.az xəbər verir ki, ölkə çempionatının XIX turunda klublar 2012-ci ildə ilk rəsmi oyunlarını keçirəcəklər.

Peşəkar Futbol Liqasının rəsmi saytı bu turdan başlayaraq Premyer Liqa oyunlarında üz-üzə gələn komandaların çempionatlar tarixindəki qarşılaşmaları haqda məlumat təqdim edəcək. 

Rəqiblər arasındakı oyunların balansını təqdim edərkən komandaların əvvəlki adlar altında çıxış etdiyi dövrlər də nəzərə alınıb. Yəni, klublar varisi olduğu komandanın davamçısı kimi göstərilib.


Premyer Liqa

19-cu tur

10 fevral (cümə)

AZAL (Bakı) –  “Sumqayıt” (Sumqayıt) 
+0=0-1, top fərqi - 1:2

Sumqayıt təmsilçisi Unibank Premyer Liqasının debütantı olduğundan rəqiblər cari mövsümədək üz-üzə gəlməmişdi. Komandalar arasında baş tutan ilk və hələlik yeganə oyun isə ötən ilin sonlarında baş tutub. Sumqayıt təmsilçisi həmin qarşılaşmada qələbə qazanmağı bacarıb.

30.10.2011 Sumqayıt Şəhər - AZAL (Bakı)  2:1

“Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
 +3=4-4, top fərqi - 8:12


Zaqatala təmsilçisi uzun müddət “Qarabağ” üçün ən çətin rəqiblərdən sayılıb. Bunun nəticəsi idi ki, Unibak Premyer Liqasının 2010/11-ci il mövsümünədək ağdamlılar bu rəqib üzərində qələbəyə həsrət idi. Lakin 8 oyunluq uğursuz seriyaya son qoyan “Qarabağ” artıq 792 gün - 3 qarşılaşmadır ki, rəqibinə xal vermir. Özü də son 2 qələbəni səfərdə əldə edən Qurban Qurbanovun yetirmələri bu 2 oyunda qapısından qol da buraxmayıb.

23.09.2006

  Qarabağ (Ağdam) - Simurq (Zaqatala)  1:1
12.05.2007  Simurq (Zaqatala) - Qarabağ (Ağdam)  3:0
11.08.2007  Simurq (Zaqatala) - Qarabağ (Ağdam)  1:0
16.02.2008  Qarabağ (Ağdam) - Simurq (Zaqatala)  2:2
27.09.2008  Qarabağ (Ağdam) - Simurq (Zaqatala)  0:2
22.03.2009  Simurq (Zaqatala) - Qarabağ (Ağdam)  0:0
20.09.2009  Simurq (Zaqatala) - Qarabağ (Ağdam)  1:0
20.12.2009  Qarabağ (Ağdam) - Simurq (Zaqatala)  0:0
17.10.2010  Qarabağ (Ağdam) - Simurq (Zaqatala)  3:2
11.12.2010  Simurq (Zaqatala) - Qarabağ (Ağdam)  0:1
21.10.2011  Simurq (Zaqatala) - Qarabağ (Ağdam)  0:1


11 fevral (şənbə)

“Turan” (Tovuz) – “Xəzər Lənkəran” (Lənkəran) 
+1=3-11, top fərqi 8:28

Ağır günlərini yaşayan “Turan” üçün “Xəzər Lənkəran” çətin rəqib sayılır. Komandalar baş tutan 15 oyunda lənkəranlıların 11 qələbə qazanması da bunu göstərir. “Turan” isə sonuncu dəfə bu rəqibdən 882 gün əvvəl xal alıb, sonrakı 4 oyunda isə məğlub olub.

07.08.2004

  Turan (Tovuz) - Xəzər Ləkəran  1:1
06.04.2005  Xəzər Lənkəran - Turan (Tovuz)  1:0
11.12.2005  Turan (Tovuz) - Xəzər Lənkəran  1:0
14.05.2006  Xəzər Lənkəran - Turan (Tovuz)  1:0
23.09.2006  Xəzər Lənkəran - Turan (Tovuz)  0:0
12.05.2007  Turan (Tovuz) - Xəzər Lənkəran  2:3
16.09.2007  Xəzər Lənkəran - Turan (Tovuz)  2:0
27.04.2008  Turan (Tovuz) - Xəzər Lənkəran  0:4
13.09.2008  Xəzər Lənkəran - Turan (Tovuz)  5:0
21.02.2009  Turan (Tovuz) - Xəzər Lənkəran  0:1
12.09.2009  Xəzər Lənkəran - Turan (Tovuz)  1:1
13.12.2009  Turan (Tovuz) - Xəzər Lənkəran  1:2
23.10.2010  Xəzər Lənkəran - Turan (Tovuz)  2:0
04.12.2010  Turan (Tovuz) - Xəzər Lənkəran  1:2
20.08.2011  Xəzər Lənkəran - Turan (Tovuz)  3:1

“İnter” (Bakı) – “Rəvan” (Bakı)
 +1=0-0, top fərqi - 2:1


Bu komandalar arasında paytaxt derbisi indiyədək cəmi 1 dəfə baş tutub. Bu da cari mövsümə təsadüf edib ki, həmin qarşılaşmada “İnter” çətin qələbə qazanıb.

30.10.2011

  Rəvan (Bakı) - İnter (Bakı)  1:2

“Kəpəz” (Gəncə) – “Qəbələ” (Qəbələ)
 +0=4-1, top fərqi 1:3


İlk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblər bütün oyunlarda heç-heçə ilə kifayətləndilər. Həm təsnifat, həm də final mərhələsində qarşılaşan tərəflər arasında balans cari mövsüm pozuldu. Artıq 2 oyundur “Kəpəz”dən qol buraxmayan “Qəbələ” şəxsi oyunlarda ilk qələbə qazanan komanda oldu.

31.10.2010

  Gəncə - Qəbələ  0:0
27.02.2011  Qəbələ - Gəncə  0:0
02.04.2011  Qəbələ - Gəncə  1:1
12.05.2011  Gəncə - Qəbələ  0:0
16.10.2011

  Qəbələ - Kəpəz (Gəncə)

  2:0

“Bakı” (Bakı) – “Neftçi” (Bakı) 
+7=7-21, top fərqi 26:52


Bu 2 komanda arasında paytaxt derbisi 3 hissədən ibarətdir: paytaxtın eyniadlı təmsilçisinin “Polis Akademiysı”nın bazasında yaradıldığı 1997-ci ilədək olan 2 matç, “Dinamo” dövrü və “Bakı” adı altındakı oyunlar. Ümumi balansda üstünlüyü aşkar olan “Neftçi” son illər də həmşəhərliləri ilə oyunlarda daha yaxşı nəticə qazanır. 427 gündən sonra “Neftçi”dən xal almağa və qol vurmağa çalışacaq “Bakı” 2011-ci ildəki hər 3 dueldə rəqibinə uduzub. 427 gün əvvəlki məğlubiyyət isə “Neftçi” üçün son 8 derbidə yeganədir.

04.12.1996

  Neftçi (Bakı) - Polis Akademiyası (Bakı)  5:0
20.05.1997  Polis Akademiyası (Bakı) - Neftçi (Bakı)  1:2
27.09.1997  Neftçi (Bakı) - Dinamo (Bakı)  2:0
07.03.1998  Dinamo (Bakı) - Neftçi (Bakı)  1:1
29.08.1998  Dinamo (Bakı) - Neftçi (Bakı)  1:0
25.11.1998  Neftçi (Bakı) - Dinamo (Bakı)  1:0
28.04.1999  Neftçi (Bakı) - Dinamo (Bakı)  1:0
24.05.1999  Dinamo (Bakı) - Neftçi (Bakı)  1:3
12.03.2000  Dinamo (Bakı) - Neftçi (Bakı)  0:2
20.05.2000  Neftçi (Bakı) - Dinamo (Bakı)  1:0
11.11.2000  Neftçi (Bakı) - Dinamo-Bakılı  1:1
05.05.2001  Dinamo-Bakılı - Neftçi (Bakı)  0:2
03.11.2001  Dinamo-Bakılı - Neftçi (Bakı)  0:0
10.03.2002  Neftçi (Bakı) - Dinamo-Bakılı  6:0
30.07.2003  Dinamo (Bakı) - Neftçi (Bakı)  2:5
22.11.2003  Neftçi (Bakı) - Dinamo (Bakı)  1:0
15.09.2004  Bakı - Neftçi (Bakı)  2:0
13.02.2005  Neftçi (Bakı) – Bakı  0:0
03.12.2005  Bakı - Neftçi (Bakı)  2:2
07.05.2006  Neftçi (Bakı) – Bakı  0:1
10.11.2006  Bakı - Neftçi (Bakı)  0:1
08.05.2007  Neftçi (Bakı) – Bakı  1:0
20.10.2007  Bakı - Neftçi (Bakı)  5:1
30.03.2008  Neftçi (Bakı) – Bakı  3:2
16.08.2008  Neftçi (Bakı) – Bakı  0:1
21.02.2009  Bakı - Neftçi (Bakı)  2:0
24.10.2009  Bakı - Neftçi (Bakı)  0:2
09.02.2010  Neftçi (Bakı) – Bakı  1:1
21.03.2010  Neftçi (Bakı) – Bakı  1:0
23.04.2010  Bakı - Neftçi (Bakı)  1:1
31.10.2010  Bakı - Neftçi (Bakı)  0:2
11.12.2010  Neftçi (Bakı) – Bakı  0:2
13.03.2011  Bakı - Neftçi (Bakı)  0:1
23.04.2011  Neftçi (Bakı) – Bakı  2:0
23.09.2011  Neftçi (Bakı) – Bakı  1:0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail