Anton Krivotsyuk "Sumqayıt"la oyundakı hərəkətinə görə üzr istədi

02.09.2019 | 6982 dəfə oxunub

"Neftçi"nin futbolçusu Anton Krivotsyuk Premyer Liqanın III turunda "Sumqayıt"la matçın sonlarında etdiyi hərəkətə görə üzr istəyib.

Stadium.Az xəbər verir ki, gənc müdafiəçi bununla bağlı "İnstagram" hesabında üzrxahlıq mətni yazıb:

"Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insananıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansısa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orda dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacağam".

Qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə "Neftçi" qələbə topunu vurub. "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov qol sevincini qeyri-etik jestlə edən Anton Krivotsyukun üzərinə gedərək onun başına şillə vurub. Nəticədə Anton ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov oyun sonrası verdiyi açıqlamada "Antonun söyüşünə görə Azərbaycanda adam öldürürlər" demişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail