Aftandil Hacıyev: "İstəmirəm ki, belə şeylər çox şişirdilsin"

15.09.2019 | 6257 dəfə oxunub

"Bilirdik ki, Keşlə” son zamanlar yaxşı forma yığıb. Rəqibi maraqlı oyuna görə təbrik edirəm. Nə gözləyirdiksə, onu da gördük".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Keşlə"yə qalib gəldikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib.

Rəqib haqda müsbət fikirlər səsləndirən çalışdırıcı qələbəni belə şərh edib: "Tərlan Əhmədov belə qısa zaman kəsiyində bu cür komanda yaratdığına görə alqışlara layiqdir. İki fərqli hissənin şahidi olduq. Uşaqlar verilən tapşırıqları yerinə yetirmərə çalışdılar. “Keşlə”nin fasilədən sonra təzyiqi artıracağı gözlənilən idi. İkinci hissəni rəqibin aktivinə yazmaq olar. Ani diqqətsizlik qapımıza vurulan qolla nəticələndi. Bundan sonra müdafiəyə daha çox diqqət yetirməli olduq. Uşaqları layiqli qələbə münasibətilə təbrik edirəm”.
 
Hacıyev bir neçə gün öncə Eltun Yaqublunun öz avtomobili ilə Bakı Olimpiya Stadionunun qaçış zolağına çıxmasına da münasibət bildirib: “İstəmirəm ki, belə şeylər çox şişirdilsin. Biz ora özbaşına girib çıxmamışıq. Tək Eltun yox, digərləri də orda maşın saxlayıb. Çünki qapı ora yaxındır. Bu haqda çox danışmağa gərək yoxdur. Stadion rəhbərliyi ilə anlaşmışıq. Düşünürəm ki, artıq belə hallar yaşanmaz. Heç kimin xəbəri yox idi ki, orda maşın saxlamaq olmaz. Ona irad bildirildi, ancaq biz heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl. Hadisə istəməyərəkdən baş verib. Sadəcə, ürəyindən video çəkmək keçib. Başqa bir niyyəti, kiməsə sataşmaq məqsədi olmayıb. Eltun bizim kapitanımızdır. İstəməzdim ki, bununla bağlı iradlar olsun".

Hacıyev "Maykl Esyeni oynatmayacaqsınızsa, niyə komandada saxlayırsınız" sualını isə belə cavablandırıb: "O, ayrı bir söhbətdir. Ümumi futbolumuz naminə fərqli bir layihə kimi baxmaq lazımdır. Onun aramızda olması bizim üçün üstünlükdür. Bu gün Ədilxan kimi cavan oyunçu ondan nümunə götürür. Essyen bütün futbolçular üçün nümunədir. Bu, o demək deyil ki, həmişə oynamalıdır. Biz çalışırıq ki, nəticəni düşünək və sistemə uyğun  futbolçuları meydana buraxaq. Oyun ola bilər ki, start heyətində oynasın. Bu, Çempionlar Liqasında gördüyünüz Essyen deyil. Ancaq o da digər futbolçularımız kimi çalışır. İndi ona imkan yarada bilmirik. Onsuz da futbolçu sayı azdır, ona da şans verəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail