Mövsümdə ilk, Mütəllimovdan ikinci

16.09.2019 | 6212 dəfə oxunub

Premyer Liqanın 2019/20 mövsümündə ilk avtoqol qeydə alınıb. “Zirə”nin futbolçusu Tellur Mütəllimov “Sumqayıt”la səfər oyununda öz qapısına yol vurub. Bu, paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsinə mane olmayıb.

Bununla da Tellur ölkə çempionatlarında özünün ikinci avtoqoluna imza atıb. O, 2016-cı il martın 30-da “Zirə”nin “Kəpəz”lə səfər oyununda da eyni uğursuzluğu yaşayıb.

Mütəllimov ölkə çempionatları tarixində 1-dən artıq avtoqol müəllifi olan 24-cü futbolçudur. Onlardan 17-si iki, 7-si üç dəfə belə halla üzləşib. Hərəyə üç avtoqol vuran antirekordçular Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Bədavi Hüseynov, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodrigezdir.

Çempionatların 27 illik tarixində 153 futbolçu 184 avtoqola üzülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail