"Zirə"nin legionerini 10-a çatdı

17.09.2019 | 5985 dəfə oxunub

Xulio Sezar Rodriges “Zirə”də 10-cu qolunu vurub. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, paraqvaylı hücumçunun yubiley topu Premyer Liqanın 4-cü turuna təsadüf edib. Cari mövsümdə ilk qolunu “Sumqayıt”la səfər matçında (2:1) vuran forvard bunadək “Qartallar”ın heyətində 9 dəfə fərqlənib.

Bu ilin əvvəlində transfer olunan Rodriges ötən mövsüm çempionatda 8, kubokda 1 qol vurub. O, özünün 10-cu qolunu meydana çıxdığı 18-ci matçda rəqib qapısından keçirib. Cənubi amerikalının orta məhsuldarlığı 0,55-ə bərəbərdir.

Xulio Sezar “Zirə”nin tarixində 10 və daha çox qol vuran 4-cü futbolçudur. Klubun ən yaxşı bombardiri Nelson Bonilla 17, Riçard Qadze 12 dəfə fərqlənib. Rodrigeslə eyni sayda – 10 qol vuran Aslan Hüseynov isə yalnız I divizionda rəqib qapısına yol tapıb.

Rodriges “Zirə”də ilk qolunu fevralın 10-da “Səbail”lə səfər matçında vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail