Qeye: "Çıxışımdan tam razı deyiləm"

23.09.2019 | 5200 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Maqaye Qeye Premyer Liqanın V turunda səfərdə "Zirə"ni məğlub etdikləri (3:1) oyundan sonra jurnalistlərə açıqlama verib

Stadium.az xəbər verir ki, 29 yaşlı hücumçu qələbəni şərh edib: "Əsas odur ki, qələbə qazandıq. Bütün oyunlar kimi bu da çətin oldur. Əlimizdən gələni elədik və qələbə qazandıq" Qeye bildirib ki, oyun ərzində hər hansı fürsəti qazanırsansa, ondan istifadə etməlisən: "Biz də birinci hissədə bundan yararlandıq. 5 oyunda maksimum nəticə qazanmışıq və burada pis heç nə yoxdur. Məşqçinin istəyi də odur ki, hər oyuna qələbə üçün çıxaq. Biz də onun dediklərini meydanda həyata keçiririk. Hər oyun fərqli olur. Çıxırıq meydana və qələbə qazanırıq. Bir sözlə, məşqçinin dediyini edirik".

Fransalı forvard Avropa Liqasının qrup mərhələsinin l turunda evdə İspaniya "Sevilya"sına uduzduqları oyunu unutduqlarını sözlərinə əlavə edib: "Bu, futboldur. Həm qələbə qazanırsan, həm də uduzursan. Keçmişlə yaşamaq olmaz. Növbəti oyunlara könlənmək lazımdır".

Çempionatda üçüncü qolunu vuran oyunçu Avropa Liqasında da fərqlənmək istədiyini söyləyib: "Qol vurmaq istəyirəm. Mən hücumçuyam. Hücumçular qolla yaşayır. Ona görə də, imkan olduqca vuracağam. Hər şeydən öncə komandanın qələbə qazanmasıdır. Öz çıxışımdan tam razı deyiləm. Hələ də artıra bilərəm. Əlimdən gələni edirəm



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail