50-ci duel

28.09.2019 | 6064 dəfə oxunub

“Qəbələ” bu gün növbəti oyununu keçirəcək. Stadium.Az klubun saytına istinadrən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasında “Neftçi” ilə qarşılaşacaq. 6-cı turun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq.

Bu, iki komanda arasında yubiley – 50-ci oyun olacaq. “Qəbələ” indiyədək 49 dəfə “Neftçi” ilə üz-üzə gəlib. 17 qələbə və 12 heç-heçəsi olan komanda 20 dəfə uduzub. 128 qolun vurulduğu matçlarda hər iki komanda eyni sayda – 64 dəfə fərqlənib.

Premyer Liqada 45-ci dəfə qarşılaşacaq rəqiblər 5 oyunu Azərbaycan kuboku çərçivəsində keçiriblər. Çempionatdakı 44 oyunda “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal əldə edib. 19 matç isə bakılıların qələbəsi ilə başa çatıb. Premyer Liqadakı top fərqində də bakılılar öndədir – 58:57.

25-ci dəfə “ağ-qaralar”ı qəbul edəcək “Qəbələ” evdə 8 qələbə qazanıb. Qonaqlar isə 11 matçdan qalib ayrılıblar. Digər 5 görüşdə sülh qeydə alınıb. Komandanın ev oyunlarında 65 qol vurulub. “Qırmızı-qaralar” 34, paytaxt təmsilçisi 31 dəfə rəqib qapısına yol tapıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail