"Rəqibin ustalığı daha üstün olduğundan bizi müdafiədə oturmağa məcbur etdi"

29.09.2019 | 5997 dəfə oxunub

“Oyunun çətin keçəcəyini təxmin edirdik. “Neftçi” heyətinə görə yaxşı balanslaşmış komandadır. Rasim Ramaldanovun birinci hissədə zədələnməsindən sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan maksimum istifadə etdi. Bunu ustalıq səviyyəsi ilə izah edərdim. “Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür. Gənc komandayıq. Artırmaq üçün potensialımız var. Komandaya inanırıq. Gənc futbolçularımız matçdan-matça daha yaxşı oyun göstərəcəklər".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev Azrbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə ev oyunundan (0:3) sonra deyib.

"Biz də istəyərdik ki, doğma meydanımızda azarkeşlərimizi sevindirək. Lakin istəyimiz alınmadı. “Neftçi” layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm. Komandanı görüşə hazırlayarkən müdafiədən oynamaq barədə düşünmürdük. Amma rəqibin ustalığı daha üstün olduğundan bizi müdafiədə oturmağa məcbur etdi. Rasim Ramaldanovun dizi şişib, indi nə isə demək çətindir. O, üç gündən sonra müayinə olunacaq” - deyə o bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail