"Bu gün fikirləşdiklərimiz baş tutdu" - "Sabah"ın məşqçisi

29.09.2019 | 6227 dəfə oxunub

"Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsun". 

Stadium.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 6-cı turunda "Səbail"lə keçirilən ev oyunundan (3:0) sonra mətbuat konfransında deyib.

- Hücum xəttində vəziyyət necədir?

- Ötən oyunda hücumçularımız zəif çıxış etmişdi. Sadəcə, fikirlərim düz ifadə olunmamışdı. Bu gün isə komanda şəklində yaxşı oynadıq.

- Demişdiz ki, Ponomaryovla görüşməmisiz. İndi yəqin ki, müzakirələriniz olub...

- Biz komandanı bir yerdə hazırladıq. İqor müəllimin gəlişindən sonra komandada sıçrayış var. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq.

- İqor Ponomaryov ilk oyunda qələbə qazandı. Ancaq mətbuatda bir neçə mütəxəssisin adı “Sabah”la hallanır. Sizcə, Ponomaryov qalmalıdır, yoxsa...?

- Mən bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı yuxarı qaldırmağa çalışmaqdır.

- Bu qələbənin böyük geridönüşün başlanğıcı olduğunu demək olar?

- 3 xal çox vacib idi.

- Ukraynalı mütəxəssis Yuri Vernidub stadionda idi...

- Məlumatım yoxdur.

- “Sabah”ın qollarının heç birini hücumçular vurmadı...

- Futbol komanda oyunudur.

- Bəs amplualar üzrə bölünmə niyədir?

- Sadəcə, bu gün fikirləşdiklərimiz alındı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail