Aftandil Hacıyev: "İstənməyən yerdə qalmaram"

29.09.2019 | 5524 dəfə oxunub

İki fərqli hissə izlədik. Rəqibi təbrik edirəm. İlk hissədə qaçırdığımız qol epizodları oldu. Fasilədən sonra üstünlüyü əldən verdik".

Stadium.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Sabah"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib. O, 0:3 hesablı məğlubiyyəti belə şərh edib: "Qol epizodlarının reallaşdırılması üzərində işləməliyik. İlk qol fərdi səhv idi. Bundan sonra toparlana bilmədik. Ehtiyat qüvvədən yararlanmağa çalışdıq. 2-3-cü qolları isə son dəqiqələrdə buraxdıq. Bu oyunu təhlil edib, səhvləri aradan qaldırmalıyıq. Rəqibin qələbəsi yox idi. Bizə qarşı fərqli motivasiya ilə oynayacaqlarını bilirdik. Şanslardan istifadə edə bilsəydik, fərqli oyun olardı. Bu gün “Səbail”lə “Sabah”ın klub olaraq fərqi çoxdur".

Hacıyev turnir cədvəlinin ikinci pilləsində olmalarına baxmayaraq, komandada problemlərin çox olduğunu bildirib: "Hər tur eyni heyətlə oynamalı oluruq. Rotasiyalar olmur, istədiyimiz oyunu tapa bilmirəm. Bərpa olunub, əlimizdən gələni etməyə çalışacağıq. “Səbail”in 5 turda topladığı xal çoxlarını aldada bilər. Rəqiblərlə müqayisədə bizim üçün çox çətindir. "Sabah" həm maddi, həm rəqabət, həm infrastruktur baxımından bizdən üstündür. Bir çox məsələlərdə problemlərimiz var".

Gənc çalışdırıcı rəqib komandada baş məşqçi dəyişikliyinə baxmayaraq, fərqli oyun üslubu ilə qarşılaşmadıqlarını qeyd edib: "İqor Ponomaryovun işinə qiymət vermək üçün tezdir. Elşad Əhmədovun vaxtında da maraqlı oynayırdılar, sadəcə, nəticə yox idi. Həmin futbolçular idi, oyunlarında ciddi dəyişiklik hiss etmədik. Gözlədiyimiz oyun oldu. İlk hissədə qolları vursaydıq, fərqli nəticə olardı".

A.Hacıyev hər uğursuz oyundan sonra komandadan göndəriləcəyi haqda yayılan iddiaları anlamadığını deyib: "Mənə də maraqlıdır ki, bu haradan qaynaqlanır. Rəhbərliklə münasibətlər qaydasındadır. Bu barədə söhbətimiz olmayıb. İstənməyən yerdə qalmağı düşünmürəm. Getmək lazım olsa, qəti qərar verməyə hazıram. İndi isə bu, müzakirə mövzusu deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail