Acun İlicalı: "Azərbaycanda oynasam, oranın himnini oxuyaram"

01.10.2019 | 5631 dəfə oxunub

“Fənərbağça”nın almaniyalı futbolçusu Maks Kruzenin Türkiyə Superliqasının 6-cı turunda “Qalatasaray”la səfər matçında Türkiyə himnini oxuması müzakirə mövzusuna çevrilib.

Stadium.Az xəbər verir ki, "Beyaz TV"də yayımlanan "Beyaz Futbol Proqramı" verilişində şərhçi Sinan Engin Kruzeyə istiqlal marşını Acun Ilıcalının öyrətdiyini deyib. Digər şərhçi Ahmet Çakar isə Almaniya millisinin sabiq üzvünün bu hərəkətini hokkabazlıq adlandırıb.

Bundan sonra məşhur aparıcı Acun canlı yayıma qoşularaq etirazını bildirib: "Maks Kruze 30 dəfə Almaniya millisində oynamış futbolçudur, şouya ehtiyacı yoxdur. Almaniyada bizim vətəndaşları sevib, demək ki, biz sevdirmişik. Hər yerdə irqçilik var. Türkiyədə qara dərili oyunçuları çox sevirik. Demək ki, bizim belə bir xüsusiyyətimiz var. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Ancaq buna görə biri mənə şarlatan desə, bütün həvəsim qırılar, özümü sorğu-sual edərəm. Baxıram ki, hər kəs xoşbəxtdir. Bu adam sabah, o biri gün Almaniyaya gedəcək və Türkiyədən danışacaq.  Bir alman getdiyi zaman “məni nə qədər gözəl qucaqladılar” - desə, yaxşı deyilmi?”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail