""Zirə" "Qəbələ" rəqəmlərin gözündə

03.10.2019 | 5486 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında I dövrə başa çatacaq. 

Stadium.az xəbər verir ki, “Zirə” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində “Qəbələ” ilə görüşəcək. Zirə İdman Kompleksinin stadionundakı matç rəqiblər arasında ölkə çempionatı çərçivəsində 17-ci duel olacaq. İlk dəfə 2015-ci ildə üz-üzə gələn komandalar son 4 mövsümün hərəsində dörd dəfə qarşılaşıb. Əvvəlki 16 matçdan dördündə üç xal qazanan “Zirə” yeddi dəfə bir xalla kifayətlənib. “Qartallar” beş görüşdən xalsız ayrılıblar. 32 qolun vurulduğu qarşılaşmalarda əyalət klubu daha çox fərqlənib – 18:14.

“Qartallar”ın 10 futbolçusu bu oyunlarda qol sevinci yaşayıb. Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriç “Qəbələ”ni daha çox – hərəyə 2 dəfə məyus edib. Dövrənin son matçı “Zirə”nin “Qəbələ”yə qarşı 9-cu ev görüşü olacaq. Öz meydanındakı son 5 qarşılaşmadan xalsız və qolsuz ayrılmayan komanda evdə üstünlüyə malikdir. 3 qələbəsi olan “Qartallar” eyni sayda heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi isə qonaqların xeyrinədir – 8:10. 

“Zirə” – “Qəbələ” oyunu oktyabrın 6-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail