Ayxan Abbasov: "Komanda olaraq qələbəyə inanırdıq"

20.10.2019 | 5436 dəfə oxunub

"Səbail" - "Sumqayıt" (0:2) matçından sonra qonaqların baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı əvvəlcə oyun haqda fikirlərini bildirib: - Qarşılşamaya cox ciddi hazırlamışdıq. Komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda o istəyi görürdük. Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə də lazım idi. Matçın gedişatı göstərdi ki, "Səbail" yaxşı komandadır. Rəqib bizə son 15 dəqiqədə daha çox çətinlik yaşatdı. Amma yaxşı ki, qələbə hesabını qoruya bikldik. İkinci dövrəyə qələbəylə başlamaq həqqiətən yaxşıdı.

- Rəhim Sadıxov yaxşı futbol məktəbi keçsə də, hələ də istənilən səviyyədə oynamır...

- Ona vaxt lazımdır. Azərbaycan çempionatı elə də asan deyil. Onda potensialı görmüşük. Ağıllı ötürmələri var. Əlbəttə. çox çalışmalıdır. Nəzərə alırıq ki, gəncdir, inanırıq.

- Artıq 4 müdafiəçiylə oynayırsınız. Bunu davam etdirəcəksiniz, yoxsa rəqibə uyğun taktika seçəcəksiniz?

- Bu dəqiqə heyətimizdə imkan var ki, müxtəlif sistemlərdə oynayaq. Burada rəqiblər də rol oynayır. İki oyundur 4 müdafiəçiylə oynayırıq və pis təsir bağışlamırıq. Ancaq oyun sistemini rəqiblərə görə dəyişəcəyik. Bunu istisna etmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail